Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı bəzi deputatların müəyyən sosial problemlərlə bağlı çıxışları Azərbaycan Televiziyası(AzTV) tərəfindən kəskin tənqid edilib.
“AzPolitika” xəbər verir ki, AzTV-də hazırlanan süjetdə deputatlar Siyavuş Novruzov, Səyyad Aran, Razi Nurullayev və Arzuxan Əlizadə son çıxışlarına görə “şoumenlər” və "möhtəkir" adlandırılıb. Onların qaldırdığı problemlər isə “məişət məsələləri”, ”fərdi problemlər” kimi qiymətləndirilib.
Deputatları “özlərini süni qəhrəman” kimi göstərməkdə günahlandıran AzTV onları populizmdə və az qala dövlət siyasətinə qarşı getməkdə ittham edib.
Xatırladaq ki, YAP-ın yaradıcılarından biri hesab edilən və son seçkidə də partiya siyahısından parlamentə düşən Səyyad Aran Milli Məclisin iclasında müharibə veteranlarına 80 manat müavinət verilməsinə görə hökuməti tənqid etmişdi. Lakin növbəti çıxışında özünün qaldırdığı problemləri “xırda-para məsələlər” adlandırmışıdı...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
PAYA GÖSTERIBLERDE....PAYA.....
Hemin deputatlar sehv hecne demeyibler dedikleri heqiqetdi insanlarin problerini isiqlandiriblar.Sahib Aliyev adli bos bir deputat goyercin yeminnen danisanda onun dedikleri normal, bunlarin dedikleri ise xirda sohbet hesab edilir.demek ki sadece insana deyer yoxdu
Allah sənə rəhmət eyləsin, Cəlil Məmmədquluzadə. Dəfələrlə sənin bu kəlamını-" anlamadan, düşünmədən , yəni qanmadan yaşamağa nə varmış ki" paylaşmalarımda stat gətirmişəm. Ustad biləsən ki anlayanlar, yəni qananlar üçün yaşamaq indiki zamanda iki qat məşəqqətdir. İnan ki, danabaşlıq ölkəni o həddə sarıb ki, bəlkə də gəlib görsən ölməyinə şükür edərsən. Yaxşı bax, bu bizim xalq məclisi adlanan milli məclisimizdir. İllərdir bu kreslolarda ömürünü başa vurdurulanlar var. Sanki, ölkədə bunlardan savayı adam yoxumuş kimi. İnan bəlkə də özləri də “çirkinib” özlərindən. Hələ xalqı da demirəm, bunlara baxmaqdan gözləri mazol olub camaatın. İndi də onlardan bəzilərinin illərdir susdurduqları vicdanları, ömürlərində sahiblərinə bir kərə qalib gələrək, nəhayyət də xalqdan gələn səsi səsləndiriblər. Hətda o iclasda sədirlərinin belə vicdanı sonda susmadı və məclisə xitabən səsləndi ki, “mən sizə baxıb dəhşətə gəlirəm”. Gör indi məclisdəkilər nə gündədirlər. Əslində onların nə gündə olduqları, Ölkə Başçısının bu məclisin ilk iclasında çıxışı zamanı yatmalarından bəlli idi. Bir də nə gündə omaları, Siyavuş kimilərinin illərdir məclisdə otuzdurub, indi isə çıxışlarından statlar gətirib məsxərəyə qoymaları ikrah doğurur. Belə bir vəziyyət də isə, indi də bəziləri düşüb bu badbaxatların üzərinə, dün dedikləri sözü bu gün əksinə söyləməyi onlara məcbur edirlər. Bəzilərinə söylətdilər də. Amma nə danışdıqlarını heç özləri də bimədi. Əslində bütün bu danabaşlıqlar Ölkə Başçısının bunca taleyüklü məsələlərdə qarşıya qoyduğu hədəflərə kölgə düşürməkdən başqa bir şey deyildir. Belə ki, nə vicdanlarının səsini sonradan əksinə sələndirməyə məcbur edilənlər, nə də onları bu fikirlərinə görə az qala vətən xaini kimi qələmə vermək istəyənlər, nə bu dövlətə, nə də onun Başçısına sədaqətdən dəm vura bilməzlər. Əksinə bu olanların üzərini malalayıb da, Ölkə Başçısının ölkədə xalqdan gələn səslərdən məhrum etməkdir. Lütfən kəndinizə gəlin. Siz bununla kimə və nəyə xidmət etdiyinizn farkındasınızmı. Bəli çox işlər görülüb bu illər ərzində, xüsusən də Qarabağın işğaldan azad olunması. Hər dəfə təqdir edirik, yazırıq, qürurlanırıq. Amma bütün sahələrdə, xüsusən də sosial -iqtisadi sahədə boşluqlarımız da var və Ölkə Başçısının da bunladan təbii ki xəbəri olmalıdır. İndi siz deyin bütün bu boşluqları kim söyləməlidir, cənab Prezidentə kim çatdırılmalıdır. Təbii ki xalqın adından məclisdə otuzdurulanlar. Zatən başqaları danışa bilməzlər. Çünki, konstiyusiamıza görə xalqın adından, yalnız onları təmsil edənlər danışmalıdırlar. Bəs onda bəziləri niyə daralır, nədən onların danışmasından bu qədər əndişələnirlər. Orasını da siz söyləyin, lütfən.
Əşşii ,fikir verməyin ,cavandılar ,başa düşmürlər ,ona görə Sahibə onları bir-bir çağıracaq kabinetə başa salacaq .Gördüz Aran necə tez başa düşdü ,valı dəyişdi
Yol keçənləri yaltaqlıqlarına və digər neqativ əməllərə görə deputat yazanda necə olmalıdır ki? MM seçkilərində əhalinin heç olmasa 75 faizi seçkilərdə həqiqətən iştirak etməli və deputat isə bunların 51 faizinin səsini aldıqda manat ala bilməli olduğu MSK-nın gündəliyindən çıxarılanda necə olmalıdır ki?....
Səs salma yatanlar ayılar,qoy hələ yatsın. Razı deyiləm yatmışları kimsə oyatsın.