Menu

SABİQ DEPUTATA VƏZİFƏ VERİLDİ - Nazirə müşavir oldu + DOSYE

03.12.2024, 21:00
SABİQ DEPUTATA VƏZİFƏ VERİLDİ - Nazirə müşavir oldu  + DOSYE

VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova vəzifəyə təyin olunub.

"AzPolitika" "oxu.az”a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin edilib.

Qeyd edək ki, Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 

Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı olub. 

Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi, polkovnik Fərhad Əliyevin (1954–2022) qızıdır. Ailəlidir, 2 övladı var.

Şərhlər

Qulu 2024-12-08 10:30:16

GİRİRMƏ UNİVERSİTETİN FİKTİV DİPLOMU ~BU KİMİN "ADAMIDIR"

Hidayət Qurbanov 2024-12-05 11:14:38

Bəs onun ata-babası haradan Bakıda peyda olublar.Axı ailə Bakılı deyil.Niyə tərcümeyi hallar yarımçıq verilir?Əsli,milliyyəti gizlətmək üçünmü? Bununla kimi aldatmaq istəyirsiniz?....Bir d bunun özündən razı duruşuna baxın.Sanki pələngir,üstünüzə cumacaq.Bir də onun nazirinin nə reytinqi var ki.onunki nə olsun.o

Kőhne 2024-12-03 23:02:33

Yaxšı kı hamı őlūr.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol