Məlum olduğu kimi, Ermənistan XİN ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün nəzərdə tutulmadığını açıqlayıb.
“AzPolitika”nın APA-ya istinadən məlumatına görə, XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detalları məlum olub.
Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.
Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.
“Buna görə Azərbaycan ABŞ-nin, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.
Azərbaycan məhz ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.

Şərhlər
Blinken Amerika siyasətinin baş nümayəndəsidir və o bu təklifi Baydensiz verə bilməzdi.Sülh hər iki tərəfə vacib olduğundan bu məsələdə hər kəsin iştirakı qəbuledilən olmalıdırBir də Amerika ilə Azərbaucan müqayisə edilməz olduğundan bu təklifi rədd etmək Azəebaycana ziyandan başqa heç nə verməz.
Dünya qarışıqdır. Ona görə də çox dərinə getmək lazım deyil ki yeni müharibəyə problemə düşməyək. Yazıqdır kasıblar və kasıb balaları
Sülh, ya digər saziş məgər, Ermənistanın Azərbaycanın tam ərazi və digər varlığının heç bir irad-iddiasız tanıyıb-qəbul etməsindən sonra mümkün görünmürmü? Beş prinsip, 15-20 maddə razılıqlar BMT Nizamına da uyğun yalnız və yalnız həmin ilkin rəsmi tanışlıqdan sonra mümkündür. Azərbaycan həmin dünyəvi münasibətə qarşılığın olmaması səbəbli öz sərhəddini hasarlayıb, adekvatca Ermənistanı tanımaya bilər.