Qroznı aeroportunun dispetçeri dekabrın 29-da AZAL-ın təyyarəsinin raketlə vurulmasından sonra uçuşları qadağan edən “Kover” planının tətbiq olunduğunu təsdiqləyib.
“ВЧК-ОГПУ» teleqram kanalının dekabrın 30-da verdiyi məlumata görə, dispetçer Əli İdrisov (“Axmat” klubunun keçmiş futbolçusu) dindirilmə zamanı ifadə verib ki, təyyarə Qroznıda eniş edərkən onun hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb.
“Kover” planına gəlincə, o, bu məlumatı AZAL-ın təyyarəsinin vurulmasından 5 dəqiqə sonra alıb.
İdrisov iddia edir ki, dron hücumundan və hava hücumundan müdafiənin işindən xəbəri olmayıb. O, pilotun sözlərinə istinad edərək, təyyarə ilə insidenti quşlarla toqquşma ilə əlaqələndirib.
O, “Kover” planından tətbiq edilməsini saat 08:21-də, yəni hava gəmisinin vurulmasından 5 dəqiqə sonra xəbər tutub.
İdrisov təyyarəni “kor edən” elektron sistemlərinin işləməsindən də xəbərsiz olduğunu söylədi.
«ВЧК ОГПУ» kanalı həmçinin bildirib ki, dekabrın 20-də Qroznı hava limanı ərazisinə iki “Pantsir” hava hücumundan müdafiə sistemi yerləşdirilib. Elə onlar da dronların hücumunu dəf edib. Təyyarə vurulan zaman eyni anda üç drona atəş açılıb.
Təyyarə ilk dəfə Çeçenistanın Naur rayonu üzərində, aerodromdan 18 km aralıda olarkən vurulub.
Həmin mənbənin məlumatına görə, dekabrın 26-da Ramzan Kadırov İlham Əliyevlə danışmaq istəsə də, Azərbaycan prezidenti onunla danışmaqdan imtina edib. Bu, Kadırov qardaşı oğlunu Qroznı üzərində pilotsuz təyyarələrin “uğurlu” məhvinə görə mükafatlandırdıqdan sonra baş verib. ("Turan")

Qeyd edək ki, Əli İdrisov əvvəllər peşəkar futbolçu olub və “Terek Qroznı”da (indiki “Axmat”) komandasında çıxış edib. 2016-cı ildən isə "Regionlararası İnşaatçılar Birliyində" hüquqşünas kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl isə O, Qroznı hava limanına dispetçer kimi işə düzəlib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və bundan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. .
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Şərhlər
Ramzan Kadırov əyalət rəhbəridir, İlham Əliyev müstəqil Respublika prezidentidir. Kadırov icra hakimiyyəti başçısı səviyyəsində olan biridir.
Ramzan Putinin (iti) himayəsində olduğu üçün Rusiya daxilində ərköyünlük edir. Sevil olması və buna görə subordinasiya anlamından xəbərsizliyi kim zəng etməli olduğuna çaşıb. Ramzan indiki durumda bizdə olsa olsa Zərdabın, ihb ilə, onun da namaz vaxtına düşsə Ucarın başçısı ilə görüşə bilsəm şükür etsin.
Prezidentin bütün hərəkətlərini müşahidə edirəm, bir daha əmin oluram ki, onun siyasi iradəsi, xarici siyasəti hansısa müzakirəyə səbəb ola bilməz (arzu edərdim bir balaca 180 dərəcə çevrilib ölkənin daxilinə nəzər yetirsin). Hər şey yerindədir. Ramzan Kadırov haranın buraxmasıdır ki, İlham Əliyev onun telefon zənginə cavab versin. Allah Üzeyir bəyə rəhmət eləsin. Rüztəm bəy deyir ki, mən bəylərlə oturub plov yemirəm ki, buğum yağa baxar. Ramzan İlham Əliyevin tayı deyil. O yoldan keçən banditin biridir, heç bizim ən pis icra başçısının tayı da deyil. Qaldı Putinin üzr istəməsi məsələsinə, əgər buna üzr demək mümkündürsə. Ola bilərdi ki, cənab Prezident Sankt-Peterburqa uçarkən onun təttarəsinə basqı olardı və həmin təyyarə özünü Aktauya çatdıra bilməzdi. Onda nə ola bilərdi? Prezident düzgün olaraq dirəniş göstərib, öz mənliyini, statusunu bir daha ortaya qoymuş olacaq. Qroznı nə qədər matax olub ki, bizim təyyarəmiz bu əraziyə eniş etsin. Onlar ötən əsrin 90-cı illəri yaddan çıxarıblar. Heydər Əliyev onlara qucaq açıb Azərbaycanda onlar üçün şərait yaratdı. Haram olsun Azərbaycanın çörəyi. Bu İlham Əliyevin böyük addımlarından biri. Qroznını birdəfəlik yaddan çıxarmalıyıq. Qaldı Putinin üzr istəmək məsələsinə. Bu üzr istəmək deyil, üzr istəmək görüntüsüdür. Ölkə başçısı olaraq Putin Azərbaycan xalqından üzr istəməlidir. Bu onun böyüklüyünə işarə olardı. Rusiya da daxil olmaqla bütün dünya bloqerləri AZAL-ın təyyarəsi ilə bağlı hadisəni şərh edirlər və İlham Əliyevin addımını Rusiyaya şərq kişisinə xas olan hərəkət kimi qiymətləndirirlər. Bu həqiqətən də belədir. Qaldı Rusiya rəhbərliyinə. Putin bütün hadisələrə qiymət verərək bütün Azərbaycan xalqından üzr istəməlidir. O, İlham Rəhimovun dostu kimi, və ölkəmizdə dəfələrlə olduğuna görə Azərbaycan xalqının kimliyini gözəl bilir. Azərbaycan xalqı ondan üzr istəməsini gözləyir. ALLAH Azərbaycanımızı qorusun.
Hadisənin, qəzanın təhqiqi üçün məkanda hər obyektin qarşılıqlı imkan təsirlərini dəqiqə, mümkünsə saniyə dəqiqlikləri üzrə tərtin edib, sonra vaxt üzrə sıralamaq zəruriyyəti hiss olunur.