Menu

“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” - “İrana birbaşa quru dəhlizi açmalıyıq”

17.01.2025, 20:55
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” - “İrana birbaşa quru dəhlizi açmalıyıq”

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Panama, Kanada və Qrenlandiya barədə söylədiyi ekspansionist açıqlamalar, gözlənildiyi kimi, Rusiyadakı imperialist dairələri və Kreml təbliğatçılarını həvəsləndirib.

“AzPolitika” xəbər verir ki, Kremlin ən tanınmış təbliğatçısı sayılan Vladimir Solovyov öz verilişində Trampın son açıqlamalarını əsas gətirərək, Rusiyanın Gürcüstan və Ermənistan ərazisindən keçməklə, İrana quru dəhlizi açmaq hüququnun olduğunu bəyan edib: “Tramp deyir ki, Panama bizimdir. Bəs biz deyirikmi ki, baxın, biz Ermənistana bu qədər pul yatırmışıq, amma indi ABŞ sadəcə, Paşinyanı satın almaqla orada baza yaradır?... 

Bizim üzümüzə tüpürürlər. Nə istəsələr, edirlər. Biz isə üzümüzü silib deyirik ki, bizim Ermənistanla münasibətlərimiz var. Bəs desək ki, bizim Qafqazda milli maraqlarımız var? Bizim İranla da münasibətlərimiz var, amma İrana quru dəhlizimiz varmı? Yox. Bəs biz Gürcüstan və Ermənmistana desək ki, bizim milli maraqlarımıza görə İrana birbaşa dəhlizimiz olmalıdır? Hələ 2008-ci ildə bunu etməli idik... Deyəcəklər ki, Rusiya imperialistdir. Yaxşı, Qrenlandiya olar, Panama olar, Kanada olar, Rusiya isə imperialistdir?”

“AzPolitika.info”

Şərhlər

Eli 2025-01-20 12:37:19

Kim neye layiqdur onu da alır

Vaaif 2025-01-18 17:48:46

Sənin üzünə tüpürmək yox, başqa şey eləmək lazımdır.

mübarizə 2025-01-17 23:25:34

bu axmaq deyirki yəni qərbə bə amerikaya hər şey etmək olar ama rusiyaya yox dünyanın 1 nömrəli baş bəlası amerikadır

Mubariz 2025-01-17 16:58:38

Yəni Qafqaz bizim vassalmız olmalıdır ,hanı Qərbi söyənlər ,səsləri batıb ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol