“Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir”
“Düşünmürəm ki, Ermənistan Rusiya üçün əvvəlki əhəmiyyətini itirib”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna müharibəsinin birinci ilində Bakını bombalamağa çağıran rusiyalı politoloq Mixail Aleksandrov Ermənistan mətbuatına son açıqlamasında deyib.
Onun fikrincə, Abxaziya və Cənubi Osetiyadakı Rusiya hərbi bazalar əhəmiyyətli olsa da, Ermənistandakı baza daha vacibdir. Ona görə ki, Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir.
O, “Türk qövsünün bağlanmasının və Türkiyənin Xəzər dənizinə çatmasının, vahid türk birliyinin yaradılmasının” qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib: "Rusiyada bir çox insanlar bütün bunları başa düşmürlər".
O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: “Ancaq Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.
Qeyd edək ki, Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı eksperti vəzifəsini tutan M.Aleksandrovun Azərbaycanla bağlı təxribatçı açıqlamalarından sonra işdən qovulduğu barədə məlumatlar yayılmışdı.
“AzPolitika.info”

Şərhlər
Maraqlı nağıldır
Rusiyanın ikinci dəfə dağılmasından və yeni Dağıstan Respublikası və Nuqat Hort Respublikası dövlətlərinin yaranmasından sonra Azərbaycan Qazaxıstan və qədim Türküstanla birləşəcək, inşallah.
Sivil, adekvat-insani münasibətlər cəmiyyəti millətçi-militarizmi qəbul etməz. Yeni İqtisadi tərəqqi modelini qura bilməyən son Sovet korifeyləri geniş trans-milli inteqrasiya və coğrafi-siyasi yenidən bölüşmənin sonunda ehtimal ki, *QƏRB*lə təslimatı şərtləşmişlər? Sosializmdən imtina özü militarizm və vətəndaş müharibəsinə rəsmən start deyildimi?
Hər İmperiya sonda dağılır. İndi də İnşallah Rus imperiyasının dağılma vaxtıdır. Türk birliyi isə yaranmalıdır. İndiki dünya düzümü yaşamaq üçün bu vacibdir
Bu zadı, yəni rusiyalı politoloq Mixail Aleksandrovu danışdıran danışdırır. Ki baxın, Rusiya hələ öıməyib, sadəcə Ukraynada başı qarşıb. Amma bu zad və bunu danışdıranlar hələ də anlamırlar ki, istər dünyada, istər də regoonda daşlar yerindən o qədər çox oynayıb ki, o daşları qaytarıb yerinə qoymaq artıq çox zor. Əslində Rusiyanın bu gün düşdüyü durum və Rusiya daxili müsəlman -türk kəsiminin çoxluğu ehtiva edir ki, o bir regoon dövlıti olaraq bu Türk birliyini alqışlasın və özüdə ora üzv olsun. Amma nerde onlarda bu baş. Əslində baş da var. Sadəcə ambiciya və hırs Rusiyanın gözünü o qədər kor edib ki, onlar nəyin doğru və nəyin də yalan olduğunu bir türlü kəsdirə bilmirlər. İnşallah Putin bunu anlamışdır.