“Rusiyanın əhalisini yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır”
“Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz. Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər”.
“AzPoltika” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə yerli mətbuata açıqlamasında bildirib.
“SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elm tutumlu, inkişaf etmiş sənaye potensialını tar-mar etdilər, əvəzində isə ciddi heç nə yaratmadılar, qurmadılar”, - o, əlavə edib.
Z.Əlizadə xatırladır: “Təsəvvüredinki, 1989-cuildə dünyaaviasiyaparkının 40 faiziniSovet İttifaqı istehsaledirdi. İndiki Rusiya isə heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar. Görkəmli rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb. Onun əhalisini də yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır”.
Rusiyanın addım-addım uçuruma yuvarlandığını deyən politoloq, Moskvanın Cənubi Qafqazdan da getdiyini vurğulayır.
“Azərbaycandan qoşunlarını çıxardı, Gürcüstandan getdi. İndi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam… Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil. Və buna çox baş qoşmaq lazım deyil. Bizim öz problemlərimiz, xüsusən, daxili problemlərimiz özümüzə bəsdir”, -deyə Zərdüşt Əlizadə fikirlərini yekunlaşdırıb.
“AzPolitika.info”

Şərhlər
Bu yalançı feyk dövlət dagılmasa, monstr başçıları HAAQA da cavab verməsə başqa dövlətlər sakit yaşaya bilməyəcəklər heç zaman! TİTANİK kimi zarıltıları ətrafı bürüyüb onlardan başqa hamı eşidir bu iniltini!
Siz dogurdan bele hesab edirsiniz?..rusiyanin nuve arsenali ozunu ve en azindan yaxin cevresindeki olkeleri mehv etmeye catar.
Lakin unutmayaq ki, güclü yaralananda sağına soluna baxmaz, hər tərəfə saldırar. Ona görə də qarşındakı yaralıda olsa onun gücünü küçümsəməməlisən və siyasətini olduğu kimi davam etdirməlisən ki, ziyanı sənə də toxunmasın.. Zatən iki yüz ildir biz, yetərincə zərər görmüşük. İndi də qoy başqaları görsün.
Rf ilə daha 14 respublikanın, daha 14 S/B dövlətlərinin *kitablarını* İqtisadi islahat seçə bilməyən Kreml korifeyləri (*QƏRB* şərtləşməklə?) hələ 1986cı ildən özü bağlamadımı? Sonra Hərbi-daxili, İqtisadi-xarici daha güclü Bazar cəhdləri öz zoruna uğramaqdadır?
Zərdüşt bəy, necə də diliniz gəlir bu sözləri deməyə.Xalq təbabətində o qədər üsullar var ki. Yəni araxla kamfora yağını qarışdırıb Rusiyanın yanını-yörəsini ovxalasalar da xeyri olmaz?