“Onlar heç vaxt bizim tam hüquqlu müttəfiqimiz olmayıb, Türkiyənin bölgədəki müttəfiqi olub və olaraq qalırlar”
Məlum olduğu kimi, Azərbaycanın Bakıdakı “Rus Evi”-nin fəaliyyətinin dayandırılması ilə bağlı haqlı qərarı Kreml təbliğatçılarını, Rusiyadakı imperiyaçı, şovinist və ermənipərəst qüvvələri özündən çıxarıb. Onları “yandıran” Azərbaycanın öz haqlı mövqeyinin üzərində durması, Kremlin hər zaman postsovet ölkələrinə qarşı tətbiq etməyə öyrəşdiyi təhdid və təzyiqlərin qarşısından çəkilməməsidir.
“AzPolitika” xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, qatı şovinist və ermənipərəst mövqeyilə tanınan Konstantin Zatulin son açıqlamasında yenə Azərbaycanın ünvanına kəskin ifadələr işlədib.
O, rəsmi Bakının vurulan Azərbaycan təyyarəsi və “Rus Evi”-nin bağlanması məsələsindəki öz haqlı mövqeyində israr etməsindən hiddətlənərək qeyd edib ki, “Azərbaycan üçün Qərbdəki və Türkiyədəki dostlarına Rusiya ilə münasibətlərdə nə qədər əyilməz olduğunu göstərmək vacibdir”.
Zatulin hesab edir ki, Azərbaycanı Rusiyanın müttəfiqi kimi təqdim etmək doğru deyil. O eyni zamanda həyasızcasına təyyarənin Rusiya tərəfindən vurulması faktını sual altına alıb. Hətta iİddia edib ki, Rusiya tərəfi guya həlak olanların ailələrinə yardım da edir: “Çoxlu çernil(mürəkkəb) və söz sərf olunub ki, Azərbaycan praktiki olaraq bizim ən sadiq müttəfiqimiz kimi təqdim olunsun. Xüsusən də Ermənistanda baş verənlər fonunda. Amma reallıqla, onların bizə əsl münasibəti ilə üz-üzə qaldıq. Bütün bunlar guya bizim vurduğumuz və ya vurmadığımız təyyarənin fonunda baş verir. Rusiya prezidenti üzr istədi və orada rusiyalılar da ölüb… Əminəm ki, biz həlak olanların ailələrinə kömək edirik, baş verənləri istintaq göstərəcək. Amma indi Azərbaycanın Qərbdəki dostlarına, Türkiyəyə nə qədər əyilməz olduğunu göstərməsi vacibdir”.

Onun sözlərinə görə, Moskva cavab addımları atmalıdır və nəticə çıxarmalıdır ki, Azərbaycan Rusiyanın müttəfiqi sayıla bilməz: “Biz başa düşməliyik ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın analoji strukturları var, bizim cavab addımları atmağımız düzgün olardı. Bu ölkənin rəhbərliyi bizimlə münasibətlərə yalnız öz mənfəətləri baxımından yanaşır. Onlar heç vaxt bizim tam hüquqlu müttəfiqimiz olmayıb, Türkiyənin bölgədəki müttəfiqi olub və olaraq qalırlar. Bu o deməkdir ki, Azərbaycan bizə deyil, Türkiyəyə yönəlib, bizimlə müttəfiqlik isə fürsətçi xarakter daşıyır… Azərbaycanla Ermənistan arasında münaqişə bu cür başa çatandan sonra Azərbaycan rəhbərliyi Rusiyaya xüsusi münasibətini göstərmək üçün istənilən fürsətdən istifadə etmək qərarına gəlib”.
Göründüyü kimi, qonşu ölkələrə yuxarıdan aşağı baxmağa, özlərini regionun ağası hesab etməyə, “bir sözünün iki edilməməsinə” öyrəşən Kremlin Zatulin kimi tulaları Bakının sərt və tam haqlı mövqeyini heç cür həzm edə bilmirlər. Amma edəcəklər, başqa variantları yoxdur…
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Axsaq atinda kor nalbendi olar; bele xalqinda bele ziyalisi olar deee! Onlari qudurdan o tebii servetlerdir, herbir erazileri oz xalqlarina qaytarmaq lazimdir! Onlar ishleyen deyiller, muftaxordurlar.
Zatulin bu çıxışında "Anlamaq lazımdır ki, Azərbaycan bizim müttəfiqimiz deyil", deyir. Bu o Zatulundir ki, bu şəxs daima ermənilərin yanında olub və Rusiya elitasında da sıradan bir adam deyil. Yəni Zatulun danışrsa demək ki, bunu yuxarlar danışdırır. Ona görə də biz ölkənin sərhəd olduğu əksər düşmən regoon dövlətlərinin (hələ Qərbi demirəm) əhatəsində olduğunu və bu kondeksdə də həssas bir dönəmdən keçdiyini unutmamalıyıq. Düşünürəm ki, Azərbaycanın dövlət Başçısı ilə Putin Azərbaycanla Rusiyanın mövcud əlaqələrinə xələl gəlmədən, təyyarə qəzası ilə bağlı problemi Azərbaycanın istəyinə uyğun çözəcəklər.
C.Memmedovun bir sehvi var.Zatulin tula deyil o köklükde Tula olmaz ,bu çoban itidir yeni BOZDARdır.
Əşi bu Zatıqırıq zatula axırda tula kimi Menendesin gününə düşəcək.O da ermənilərə tula kimi yaltaqlanırdı,axırı necə oldu,gördük.
Yox əşi.. Biz nə addım atırıqsa Rusiyanın, Zatı ilan yaxud ulan olanın mənafeyinə uyğun olmalıymış eləmi? Ay sən öləsən. Əlbəttə 20 ildi Ali Baş Komandan səbrlə, təmkinlə bütün təzyiqlərə əbəs yerə dözmürdümü? İndi Mayakovskiniz demiş "alın a, yana yana qalın a." Köpəyuşağı....
ZAtulanın sözündə bir həqiqət var. Doğrudan da Azərbaycan Rusuyanın heç zaman müttəfiqi olmayıb və olmayacaq. Aldatmışıq başınızı, siçan yeyib qaşınızı. Garabağ bunları ermənilərdən betər yandırır.
Ax ırki bu zırramaya catdı.
Qati ermeniperset Zatulini hec Irevana gelemye onun ermeni dostlari qoymadilar .Onu persona nona qrant elan eleyibler .Maraqli terefi odur ki ,bu adam oz sevimli ermenilerden el cekmir hele de onlara yalataqlanir .Lap xlalq meselinde deyildiyi kimi ...it motaldan el cekdi , motal itden el cekmedi ..Zatulinin lap zatina ...