Menu

NƏ SƏFİR KİMİ SƏFİR, NƏ DEPUTAT KİMİ DEPUTAT... - Yaxud Bülbüloğlu Moskvada kimin xətrinə dəyməkdən qorxur?

10.02.2025, 21:12
NƏ SƏFİR KİMİ SƏFİR, NƏ DEPUTAT KİMİ DEPUTAT... -  Yaxud Bülbüloğlu Moskvada kimin xətrinə dəyməkdən qorxur?

Rusiyanın ölkəmizə qarşı bugünkü təhqir və təzyiqlərinə qarşı Polad Bülbüloğlu niyə susur?

Azərbaycanda “vurulmuş” məmurların səfir göndərilməsi kimi uzun illər davam edən yazılmamış bir “adət-ənənə” var. Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri postundan çıxarılandan sonra Azərbaycan parlamentinin deutatı olması isə belə qənaət yaradır ki, indi də “vurulan” səfirlərin deputat edilməsi kimi yeni “tendensiya” meydana gəlib. Bunun nə dərəcədə “uğurlu” gediş olduğunu P.Bülbüloğlunun deputat olandan sonrakı fəlaiyyət(sizliy)i aydın şəkildə ortaya qoyur...

AZAL təyyarəsinin vurulmasından sonra baş verənlər, Rusiyanın Azərbaycana münasibətdə “həm suçlu, həm güclü” siyasəti, kobud, yekəxana davranışları, üstəgəl də Azərbaycan tərəfinin haqlı tələbləri və Bakıdakı “Rus Evi”-nin bağlanması da daxil olmaqla qanuni addımlarına Kremlə yaxın medianın, təbliğatçıların, politoloqların, deputatların və s. bütün əndazələri aşan reaksiyası biz tərəfdən də adekvat cavab tələb edir. Yaxşı olar ki, hətta vacibdir ki, bu cavabı Rusiyada az-çox tanınan azərbaycanlı siyasət, ədəbiyyat, incəsənət və s . adamları versinlər.

Ancaq Azərbaycana “dil uzadan”, ünvanımıza təhqir və təhdidlər səsləndirən Rusiyanın hakim “Vahid Rusiya” partiyasının tanınmış deputatlarına yalnız bir-iki deputatımız - Azər Badamov, Nizami Səfərov, Rasim Musabəyov və s. cavab verir.

Uzun illər Rusiyada səfir olmuş, hazırda isə Milli Məclisin deputatı adını daşıyan, rus siyasi və mədəni elitasının yaxşı tanıdığı Polad Bülbüloğlunun isə səsi, cınqırı çıxmır.

Hazırda Rusiyada Azərbaycana qarşı açıq düşmənçilik təbliğatı tüğyan edir, ölkə rəhbərliyi rus mediasında təhqir olunur, azərbaycanlıların toplaşdığı obyektlərə polis basqınları həyata keçirilir, Rusiya vətəndaşı olan azərbaycanlılar belə təhqir, təhdid edilir və s. Yeri gəlmişkən, rus təbliğatının hədəf aldığı şəxslər arasında Rusiyada böyük biznesi olan və sabiq səfirimizin dost adlandırdığı azərbaycanlı milyarderlər də var. Amma Bülbüloğlu susur. Niyə? Nə gözləyir? Hansı maraqlarına zərbə dəyəcəyindən, yaxud Moskvada kimin xətrinə dəyməkdən qorxur?

Adama elə gəlir ki, o, hansı ölkənin, xalqın səfiri, sonra isə deputatı olduğunu özü də qarışıq salır və heç cür Vladimir Putinin qarşısında gözləri parıldaya-parıldaya oxuduğu “Podmoskovnıye veçera” mahnısının ab-havasından çıxa bilmir. Ya da Putinin verdiyi və Lavrovun təqdim etdiyi “Aleksandr Nevski” ordenindən utanır...

Təəssüf ki parlament rəhbərliyi, spikerin özü də Azərbaycana qarşı aparılan çirkin kampaniyaya Bülbüloğlu kimilərin susqun reaksiyasına göz yumur...

Polad Bülbüloğlu Moskvada səfir olanda səfirlik qarşısına toplaşan və min əziyyətə, təhqirlərə qatlanaraq çörək qazanan həmyerlilərimizə minnət qoyaraq, “Rusiya sizə çörək verir” demişdi. Hansı ki, Rusiyadan əziyyətsiz-filansız ən böyük “çörək qazananları” da həmvətənlərimiz yaxşı tanıyır. Görünür, bəzilərinin  miskin susqunluğu da həmin “çörəyi itirmək” qorxusundan irəli gəlir...


Bir sözlə, Bülbüloğlu necə səfir, diplomat idisə, elə o cür də deputatdır. Nə səfir kimi səfirliyini, nə də deputat kimi deputatlığını görmədik...

Cəlal Məmmədov

“AzPolitika.info”

Şərhlər

Türk oğlu 2025-02-12 14:09:12

Bu poladın milliyətini bilən varmı

Azərbaycan türkü 2025-02-12 00:05:19

Ruspərəst, qanı qarıçıq şəxslərin yüksək vəzifələrə təyini qadağan edilməlidie. Halbuki məurlar, icra başçıları və digər vəzifələrdə hədindən çox belələri var.....Buna son qoyulmalıdır.

Raqib 2025-02-11 14:06:10

Bunu ortaya çıxaranın günahı ondan da böyükdür.Belə tipləri nazir,səfir,deputat qayırmaqda məqsəd olduqca qaranlıq olaraq qalır.Bəlkə bu da ermənidir?Bülbülün(Murtuzun )əslini araşdırmaq yaxşı olardı.

Osman 2025-02-11 01:16:26

Belə idarəçiliyin də belə "kadrlarl" olar.!

Vətəndaş 2025-02-10 22:47:28

Bunun hansı diplomu.hansı təcrübəsi,hansı savadı imkan verib ki,onu Rusiya kimi böyük ölkəyə səfir göndərmişdilər?Belə təyinatlar ölkəni dünyada biabır edib.Biri manıs,İspaniyadakı alverçi və sairə və sairə. Təyin olunan nazirlərin sahəyə uyğunluğuna diqqət edin.

rr 2025-02-10 22:16:20

adami deputat kim qoydu ?

Amon 2025-02-10 21:22:56

Yaqub Eyyubov yuksek postlardadi hele de.ona gore de effektiv mubarize adlandirmaq olmaz

B.Qarabağlı 2025-02-10 21:14:08

İlkin işğal illərində *Ermənistan da blokadadır?* təsəllisi verən mətbuatımız kimi, müasir Mediamız azadlıq zəfərindən sonra əks tərəflərə daha çox amiranə bəhanə, təxribat mötivi verəcək münasibətlər yayımlanır? BMTnın ədalətli həllinin icrasına 25 il nail ola bilmədik? Beynəlxalq tarixi cinayəti hələki Beynəlxalq səviyyədə mühakimə edə bilməmişik?

Köhne 2025-02-10 20:05:02

MƏN POLADI RUSIYAYA SEFIR TEYIN ELEMIŠDIM...???

Cavan 2025-02-10 16:16:12

Tamamilə doğru yazmısınız.Bülbül rusundur Azərbaycana dəxli yoxdur.

Loğman 2025-02-10 15:48:00

...Ondan soruşsanız nə olacaq,soruşmasanız nə olacaq?Boş yer,boş nəticə!.

Bəşər Mahmudlu 2025-02-10 15:23:37

Fəal Yazar əski səfir, hazırki deputata şahidi olmadığı avia-qəzaya hansı irad və iddianı KİMə, hara ünvanlamasını düşünür?

Səmədağa Səmədov 2025-02-10 13:15:29

Azərbaycan mədəniyyətinə sarsıdıcı zərbə vuran və onu talayan (İncəsənət Muzeyindəki rəsm əsərlərinin taleyi indiyə kimi məlum deyil), olduqca qeyri-səmimi, kefcil və satqın bir adamdan başqa nə gözləmək olar hörmətli Müəllif?
Sizin yazılarınıza olduqca hörmət və ehtiramla yanaşıram. Sükanı belə saxlayın!!!

Mubariz 2025-02-10 13:09:55

Нörmətli yazar ,günahı erməni lobbisində axtarmalıyıq , nəinki Bülbül oğlu MM -də oturdulanların hamısı sükut halındadır ,bunlarda günah yoxdur PA siyahıya alanda bir baxmadılar ki , bunlar danışa billir ? Heç adını müxalifət qoyan avtobusçularda səs çıxarmır ,çünki onlara söz verib, ,madat vermədilər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol