Məlum olduğu kimi, Rusiyanın "Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.
Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub.
Əvvəla, qeyd edək ki, "Rus Evi" Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Bu yerin Rus Evi üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş Gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.
Məsələnin maraqlı tərəfi də budur ki, "Rus Evi" həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsəniv əl-ayağa düşərək "Rossotrudniçestvo"nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə "Rus Evi"nə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və ciddi cəhdlə çalışır.
Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.
Şəbəkəyə hamının yaxşl tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır. (Qafqazinfo)

Şərhlər
Bunlar xalqa coxdan melumdur, kimlerin ne heddi vardi ki, bunlara toxunsunlar, hamisi ele bu gunde deyiller? Guya, indi neyleyecekler ki?
Bunları sadə vətəndaşlara göstərməkdənsə ölkəni sivil qaydada,normal idarə etməli olan hakimiyyətə göstrin ki.bəlkə nə etdiklərini düşünə bildilər..axı bu tiplər vəzifədə uzun illər rüşvət,oğurluq,büdcə talamaq və sairə əyri yollarla milyonlara sahib olublar və baxmayaraq ki.bu pullar qanunsuz əldə olunub bu günə qədər onlardan sorqu edən olmayıb.Bu idarəçilitin
səviyyəsinin göstəricisi deyil?Niyə cinayətləri ortada olan bu və digər şəxslərə hakimiyyət loyallıq göstərir?Bunun səbəbi nədir?Niyə belə şəxslərə qarşı qanun yada düşmür?
bu şəxslərin mənimsədikləri,oğurladıqları niyə alınıb dövlətə qaytarılmır.Bütün bnlaru Azərbaycanda idarəçiliyin natəmiz üsullarının tətbiqini təsdiq etmir?
....Bəs Azərnbaycanın müvafiq qurumları rəhbərliyi buna niyə dözüb və bunu niyə edib? Onlar hara baxırdılar və niyə bu ağır dövləti cinayəti zamanında açan olmayıb?
Dövlətimizin və xalqımızın rifahının yaxşı olmağını istəyiriksə, birinci növbədə Parlament buraxılmalı, demokratik yolla Parlament seçkiləri və Bələdiyyə seçkiləri keçirilməlidir !
Təəssüf ki, dövlət qulluqçularının 90-95 faizi tutduqları vəzifəyə belə demək mümkündürsə, gəlir mənbəyi kimi baxırlar. Dövlət qulluğunun nüfuzu 50-10 faizin üzərindədir. Bunun sübuta ehtiyacı yoxdur. Hər halda bunu göydən düşmə bir məlumat kimi demirəm. Vaxtı ilə bu nəhəng mexanizmin bir şurupu olmuş bir fərd kimi qeyd edirəm. Azərbaycanda çox əcaib praktika var: kim kimin nəyidirsə (qohumu, qardaşı, bacısı, iti, küçüyü) qabiliyyətindən, savadından asılı olmayaraq mütləq onu vəzifəyə yerləşdirməlidir. Dövlətim maraqları onun üçün o qədər də önəmli deyil. İllərlə dövlətə xidmət edən məmur növbəti irəliləməni gözləyir, bir də görürsən kənardan bu vəzifəyə aidiyyəti olmayan birisini illərlə dövlətə xidmət edən məmurun başı üzərindən gətirib ona müdir təyin edirlər. Soruşanda da deyirlər belə məsləhətdir. Daha sonra məlum olur ki, bu filankəsin adamıdır. Velosiped kəşf etmirəm, bu gün durum belədir. Yeni təyin olunanın savadı yerində olsa idi dinməzdim. Bu vəzifəyə layiq olan məmurun işə marağı itir, bildiyini də ortaya qoymur. Reallıq budur. Yeni təyin olana isə kabinet, katibə, yüksək maaş və xidməti maşın lazımdır. Belə “məmur” heç vaxt dövlətin mənafeyini qorumaz, daha doğrusu, dövlətin marağı onun öz maraqlarından üstün ola bilməz. Nə qədər ki, dövlətin siyasəti bu istiqamətdə davam edəcək, yaxşı halda Azərbaycanda rus evi də, erməni evi də, fransız evləri də peyda olacaq. Bu məsələyə ölkə rəhbərliyi səviyyəsində diqqət yetirilməlidir, əks halda bizim “ağ günlərimiz” qabaqda əlində silah bizi gözləyir. Burada Prussiyanın birinci reyxskansleri Otto fon Bismarkın bir ibrətamiz deyimi yada düşür: pis qanunlarla, yaxşı məmurlarla dövləti idarə etmək olar, pis məmurlarla yaxşı qanunlar da kömək etməz. Azərbaycan hamımızın Vətənidir, gəlin onu pisikməyə qoymayaq, onu nüfuzunu daim qorumağa çalışaq, əks halda bizi daha qorxunc sürprizlər gözləyir. Azpolitikanın dəyərli oxucularını aktiv olmağa səsləyirəm. Savadlı, savadsız, hər fikirdə bir kəlam var. Carlosun da fikirləri maraqlıdır.

Milli meclis sedri xanim qafarova movqeyini aciq bildirsin daha bes deyilmi.,,
Bu bədbəxtlər indi .... ayılıb ? Niyə 3-4 nəfərin adını çəkirsiz ? Çünki onlar vəzifə sahibi deyillər .Niyə hal-hazırda vəzifəlilərin adını çəkmirsiz ? İcazə gözləyirsiz ? Xalq onların kim olduqlarını sizdən qabaq bilirdi və sosyal şəbəkələrdə ifşa edirdi ,sizlər susurduz