Dövlət Gömrük Komitəsinin rəisi Şahin Bağırova yeni müavin təyin edilib.
“AzPolitika” "bakupost.az"-a istinadən xəbər verir ki, bu vəzifəyə general-mayor Güloğlan Muradlı gətirilib.
General Muradlı bu təyinata qədər DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Güloğlan Muradlı 20 fevral 1964-cü ildə Azərbaycan Respublikası Şamaxı rayonunun Dərəkənd kəndində anadan olub.
1979-1983-cü illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbini bitirərək müəllim kimi əmək fəaliyyətinə başlayıb.
1983-1985-ci illərdə Qərbi Ukraynada, Sovet Ordusu sıralarında Strateji Təyinatlı Raket Qoşunlarında kiçik komandirlər hərbi məktəbini bitirərək bölmə komandiri kimi hərbi xidmət keçib.
1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsininin hüquqşünaslıq ixtisası üzrə əyani şöbəsini və Hərbi kafedrasını bitirib.
1992-ci ilin yanvar-avqust aylarında Qobustan rayonu İcra Hakimiyyəti başçısı yanında hüquq məsləhətçisi, eyni zamanda rayonun Mülki-müdafiə qərargahının rəisi və Dövlət İdarələri İşçiləri Həmkarlar Komitəsinin Sədri olub.
1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Gömrük Komitəsinin Qaçaqmalçılıqla mübarizə İdarəsində Təhqiqat şöbəsinin baş inspektoru kimi fəaliyyətə başlamışdır.
1992-1998-ci illərdə Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsində, İdarə rəisinin müavini və birinci müavini vəzifələrində çalışıb.
1998-2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində, Baş İdarə rəisi vəzifəsində fəaliyyət göstərib.
2015-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində baş idarə rəisinin müavini, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Baş İdarə rəisinin birinci müavini vəzifələrində çalışıb.
22 dekabr 2023-cü ildə Əməliyyat-istintaq Baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2007-ci ildə gömrük xidməti general-mayoru xüsusi rütbəsi verilib.
2015-ci ildə "Dövlət Qulluğunda Fərqlənməyə görə" medalı, 2021-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub..
Rus və türk dillərini sərbəst, ingilis dilini zəif bilir.
Ailəlidir. Dörd övladı var.

Şərhlər
rus ve turk dilini bilirse , qetdi qabaqa ( adam dkk de alt ústú bilirdeee
Güloğlan Muradlını tanıyan birisi kimi tam məsuliyyətlə deyə bilərəm ki, O, dövlətə, dövlətçiliyə çox sadiq olan vətəndaşdır, hüquqşünasdır. İşinin bilicisi, tamahı özündə olan əsl dövlət məmurudur. Müxtəlif vəzifələrdə işlədiyi dövrdə heç bir qüsura yol verməmişdir. Belələrini vəzifəyə təyin edib Vətənimizin mənafeyini qorumaq lazımdır. UĞURLAR olsun.