Menu

Rusiya diplomatları ABŞ konsulunun iqamətgahına toplaşdı - İstnabulda tarixi danışıqlar başlayıb

27.02.2025, 11:46
Rusiya diplomatları ABŞ konsulunun iqamətgahına toplaşdı - İstnabulda tarixi danışıqlar başlayıb

Rusiya nümayəndə heyəti ABŞ-nin İstanbuldakı baş konsulunun iqamətgahına gəlib. Rusiyanın dövlət xəbər agentliyi TASS xəbər verir ki, məhz burada iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi baş tutacaq.

Rusiya tərəfinin məlumatına görə, danışıqlar mətbuata qapalı formatda keçiriləcək.

Nümayəndə heyətinin tərkibi hələ açıqlanmayıb. Dünən xarici işlər naziri Sergey Lavrov bildirib ki, yüksək səviyyəli diplomatlar və ekspertlər cümə axşamı Türkiyədə görüşəcək və sistemli məsələləri müzakirə edəcəklər.

Fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarından sonra tərəflər səfirliklərin tam fəaliyyətini bərpa etmək üçün səy göstərməyə razı olduqlarını bəyan ediblər.

Bu həftənin əvvəlində Lavrov Rusiya və ABŞ-ın iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı məsələlərin həlli üçün tam raund danışıqlar aparacağını açıqlamışdı.

“Bu həftə tam tərkibli məsləhətləşmələr keçiriləcək ki, bu da ümid edirəm ki, son illərdə yığılan süni maneələri aradan qaldıracaq”, - Lavrov bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol