ABŞ Prezidenti Donald Tramp bu vəzifədə sələfi olan Cozef Baydeni məxfi məlumatlara girişdən məhrum edib.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Qadağa həmçinin Bayden ailəsinin bütün üzvlərinə, eləcə də əvvəlki Amerika administrasiyasının bir sıra yüksəkvəzifəli əməkdaşlarına da şamil edilib.
Prezidentin departament və agentlik başçıları üçün dərc etdiyi qeyddə deyilir: “Qərar verdim ki, məxfi məlumatlara giriş artıq milli maraqlara cavab vermir”.
Girişdən məhrum edilənlər siyahısına, xüsusilə keçmiş vitse-prezident Kamala Harris, dövlət katibləri Antoni Blinken və Hillari Klinton, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və başqaları daxildir.
Onların həmçinin Amerikanın mühafizə olunan obyektlərinə girişi məhdudlaşdırılıb.

Şərhlər
Məxfi məlumatlar dövlət işindən getmiş şəxslərin nələrinə gərək? D.Tramp USAİDi təşviş edir. Daha kiçik dövlətlər daha uzaq və geniş, illərlə heç sərmayəsinin yarısı alınmayan yatırımlar edirlər? Ağ Evin ən müəmmalı və yüksək məbləğli (pripiska, otkat) saxtakarlığı bütün yer üzünə dağıdılan, təkcə Yaxın Şərqə daşıdılan on milyardlarla hərbi arsenala aid ola bilər?