Ukrayna hakimiyyəti ölkədə seçkilərin keçirilməsinə razılıq verib.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna nizamlanması üzrə Moskva-Vaşinqton danışıqlarında iştirak edən ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

"Onlar (seçkilər-red.) olacaq. Bəli. Onlar (Ukrayna hakimiyyəti-red.) bununla razılaşdılar. Ukraynada seçkilər olacaq", - deyə Uitkoff bildirib. Lakin Trampın xüsusi nümayəndəsi seçkinin nə vaxt və hansı şərtlər daxilində keçiriləcəyini deməyib.
Xatırladaq ki, Ukrayna rəhbərliyi əvvəllər də seçkidən imtina etməyib. Lakin Ukrayna qanunvericiliyinə uyğun olaraq, hərbi vəziyyətə görə səsvermə keçirilməyib. Həmçinin, məlum məsələdir ki, hərbi əməliyyatların davam etdiyi, milyonlarla ukraynalının qaçqın düşdüyü bir şəraitdə seçki keçirilməsi fiziki olaraq da mümkün deyil. Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri keçən il keçirilməli idi.
Uitkoff həmçinin deyib ki, Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak “Ukraynanın NATO-ya üzv olmayacağı ilə bağlı razılığa gəliblər”.
Xatırladaq ki, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi Moskvanın əsas tələblərindən biridir. Ancaq bununla yanaşı, Uitkoff qeyd edib ki, Ukraynaya NATO-nun 5-ci maddəsinə (bu maddəyə görə bir NATO üzvünə hücum hamıya hücuma bərabərdir-red.) uyğun müdafiə formatının verilməsi müzakirə edilə bilər. Bu, o deməkdir ki, Ukrayna NATO üzvü olmadan da NATO-nun əsas təhlükəsizlik təminatını ala bilər.
Bundan əlavə, Uitkoff tərəflər arasında atəşkəs danışıqlarının bəzi təfərrüatlarını da paylaşıb. Onun sözlərinə görə, hazırda Qara dənizdə gəmilərin atəşə tutulmasına moratoriumun qoyulması müzakirə olunur: "Biz artıq yaxın bir həftə ərzində bunun həyata keçirilməsinə yaxınlaşırıq. Son məqsəd isə 30 günlük atəşkəsdir və həmin müddət ərzində biz daimi atəşkəsi müzakirə edəcəyik”.
“AzPolitika.info”

Şərhlər
Moskva-Vaşinqton danışıqlarında iştirak edən ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bu müsahibəsindən önə çıxanlar: 1. " Ukraynalılar bununla razılaşdıla ki, Ukraynada seçkilər olacaq" 2. “Ukraynanın NATO-ya üzv olmayacağı ilə bağlı razılığa gəldilər”. Hansı ki, Zelensiki bu prinsipal məsələlərdən daima qaçırdı. İndi siz deyin, dəyərdimi 2014-cü ildən bəri Ukrayna siyasilərinin regonal güclerin gepolitik maraqarını gözardı edib, ölkəni bunca fəlakətlərə sürüməklərinə. Təbiiki də dəyməzdi. Sanıram Ukrayna xalqı, Ukraynada bu fəlakətlərə səbəb olan hər kəs barədə öz sözünü deyəcəkdir. O nədən də, dost Ukrayna xalqını həm keçmiş olsun, həm də allah yardımçınız olsun deyirik. Təssüf ki, bəzi kəndindən müştəbehlər, zamansız qərarların sonunun amansız olduğunun heç vaxt farkında olmazlar.
İndi sual edirik, dəyərdimi 2014-cü ildən bəri Ukrayna siyasilərinin regonal güclerin geopolitik maraqlarını göz ardı edib, Ukraynaya bu fəlakətləri yaşatmağa. Təbiidı ki, dəyməzdi. Yəqin ki, günahı olan hər kəs Ukrayna xalqına cavab verməli olacaqlar Və görünən o ki, o gün də çox da uzaqda deyil.