“Bizə Çar lazımdır. Çarsız dövrlər Rusiya üçün həmişə fəlakətlə başa çatır".
“AzPolitika” xəbər verir ki, bunu Putinin keçmiş müşaviri və “Novorossiya” layihəsinin baş ideoloqu Vladislav Surkov Fransanın “L'Express” nəşrinə müsahibəsində deyib. Onun bu müsahibəsi kifayət qədər böyük əks-səda doğurub və Rusiyanın gerçək strateji hədəflərini, məqsədlərini təkcə avropalılara deyil, bütün keçmiş SSRİ respublikalarına da çatdırmış olub.
Məlumat üçün qeyd edək ki, Surkov 2004-cü ildən 2020-ci ilə qədər – 16 il Vladimir Putinin köməkçisi olub və MDB ölkələri, Abxaziya, Cənubi Osetiya, eləcə də Ukrayna üzrə əsas “kurator” sayılıb. O, həmçinin Rusiya hökumət başçısının müavini, Hökuməti Aparatının rəhbəri olub. 1-ci dərəcəli dövlət müşaviri statusnu daşıyan Surkov hazırda da “Rus dünyası” və “Novorossiya” layihələrinin əsas iodeoloqu kimi tanınır.
Surkov öz müsahibəsində açıq bəyan edib ki, “Rus dünyası” ideologiyasının sərhədləri yoxdur, ona görə də Rusiya öz təsirini bütün istiqamətlərə yaymağa davam edəcək: “Rus dünyası ideologiyasının sərhədi yoxdur və o, harada Rusiya təsiri varsa, orada mövcuddur”.
Onun dediyinə görə, “Tanrı icazə verdiyi və gücümüz çatan qədər” Rusiya bütün istiqamətlərdə genişlənəcək - hərbi, iqtisadi, ideoloji, humanitar və digər yollarla. Yəqin ki, bunu Azərbaycandakı rus dili, rus məktəbləri, rus mədəniyyəti və s. “qoruyucuları” da oxuyub, nə demək olduğunu anlayırlar...
Xatırladaq ki, Kreml keçmiş SSRİ və Rusiya İmperiyasının ərazilərinin tarixi Rusiya torpaqları olduğunu əsas gətirərək keçmiş sovet respublikalarına hərbi müdaxiləyə haqq qazandırmaq üçün dəfələrlə “Rus dünyası” anlayışından istifadə edib.
O, həmçinin Rusiyanın bu strateji hədəfinə mütləq çatacağını, bu hədəfin 2022-ci ilin fevralında Ukraynaya qarşı tam miqyaslı işğalın başlanmasından bəri, bu gün də dəyişmədiyini, hətta bu yolda “manevrlər, yavaşlamalar və fasilələr” olsa belə, hədəfə nail olunacağını iddia edib.

Surkov deyib ki, Rusiya üçün Ukraynanı öz təsir dairəsinə qaytarmaq Sovet İttifaqının dağılmasından bəri əsas məqsəd olub. O, Ukraynanı dövlət kimi tanımadığını deyərək, onu “süni siyasi qurum” adlandırıb. Bununla yanaşı, Surkov Ukraynanın gələcəkdə gerçək dövlət ola biləcəyini istisna etməyib, lakin "yalnız təbii sərhədlərində, yəni, daha kiçik ərazidə".
Surkov onun üçün Ukraynanın hansı sərhədlərin “təbii” olduğunu izah etməyib və əlavə edib ki, Ukraynanın bölüşdürülməsində Avropanın da payı olmalı, ona da pay verilməlidir...
Ətraf ölkələrə yalnız vassallıq vəd edən “Rus dünyası” ideoloqunun sözlərinə görə, Rusiyanın Ukraynadakı müharibəsi “rusları və anti-rusları ayıracaq” və sonuncuları “tarixi ərazilərində məhdudlaşdıracaq ki, onlar Rusiya torpağında yayılmağı dayandırsınlar”.
Surkov həmçinin hesab edir ki, SSRİ-nin dağılmasından sonra Ukraynanın Rusiyanın təsir dairəsinə qayıtması həm Moskvanın, həm də guya Kiyevin marağında olub: “Ukraynada olduğu kimi Rusiyada da həmişə ölkələrimizi bir-birinə yaxınlaşdırmaq və ya birləşdirmək barədə düşünənlər çox olub. Bu gün də onlar hələ də cəbhənin hər iki tərəfində mövcuddur. Bu təbiidir, biz eyni qandan olan insanlarıq”. Bu yerdə, yəni, ruslarla ukraynalıların eyni qandan olduğunu deyərkən, qeyd edək ki, Surkovun özü milliyətcə çeçendir. Onun atası çeçen, anası rusdur və atası ailədən ayrılandan sonra Dudayev soyadından imtina edərək, anasının soyadını götürüb...
O, həmçinin ABŞ-nin yeni başlayan “yenidənqurma siyasəti” nəticəsində vaxtilə SSRİ və Varşava Müqaviləsi ölkələrinin dağılması kimi Aİ və NATO-nun da dağılacağını proqnozlaşdırıb: “Vaşinqton durğunluqdan(SSRİ-dəki durğunluğa bənzədir – red.) çıxır. Onlar hələ yenidənqurmadan və yeni düşüncədən keçməlidirlər. Sovet yenidənqurması Şərq blokunun dağılmasına səbəb oldu. Sual yaranır: Amerika yenidənqurması nəticəsində NATO və Aİ dağılacaqmı? Qərar sizindir...”

ABŞ Prezidenti Donald Tramp haqqında danışan Surkov deyib ki, Tramp onda “müttəfiqlik etməyə çalışan bir insan” təəssüratı yaratmır. Buna baxmayaraq, Surkov Rusiya ilə Qərb arasında yaxınlaşmanın olacağını deyib. Hətta iddia edib ki, Rusiya və Qərbin siyasi sistemlərində azadlıq və nizam-intizam nisbətlərinin yaxınlaşması olacaq. "Gələcəkdə Qərb daha avtoritarlaşacaq, Rusiya isə daha az avtoritar olacaq" deyən Surkov bunun münaqişələr və faciələr bahasına baş verəcəyini qeyd edib.
Lakin onun fikrincə, yenə də ABŞ, Avropa və Rusiyanın yüksək dərəcədə qarşılıqlı anlaşma və əməkdaşlığa nail olacağı və bunun qaçılmaz olduğu şübhəsizdir: “Söhbət rus, Avropa və Amerika mədəniyyətlərinin mənsub olduğu böyük şimal sivilizasiyasının cənubdan gələn, dözülməz demoqrafik təzyiqlər qarşısında sağ qalmasından gedir”.
Surkov eyni zamanda dünyada ideal siyasi sistemin olmamasına diqqət çəkərək, indiki Rusiya idarəçiliyinin “Rusiya üçün sadəcə olaraq ən effektli model” olduğuna inandığını deyib və Putinin məhz Çar obrazında gördüyünü qeyd edib: “Bizə Çar lazımdır. Çarsız dövrlər həmişə bizim üçün fəlakətlə başa çatır".
Lakin Surkov, Rusiyanın nədən Çarsız yaşaya bilmədiyinə dair sualı cavablandırmaqdan yayınıb. Yəqin ona görə ki, bu suala səmimi cavab verməsi nə Kremlin, nə də Rusiya cəmiyyətinin xoşuna gəlməyə bilər...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
(Qədim Şahmat kimi) Müdrik, müşriq, sərkərdə, vəzir-vəkil seçə bilməyən İmperatorlar kimi Rusiya da son dörd əsrdə (onlari mütləq qaydada icarə kimi) bəh-bəhlə import (idxal) edib! Bəs, onlara xalqdan sormadan da Zəkalı-Səmərə təklif-tələbatlar təqdim edilməsə nə həll edəcəkldilər? Xülasə, bircə məchul qalır Çar-çarlıq və söz Rus, ya *Rusizm*, rusifikasiya? Hitlər də öncə azlara, sonra da *Rusizm* imperinə hücum etdi?
Belesine bir sey demek qalir ..Allah sefa versin bu sizofrenike .
Belələrini görəndə, 2-ci dünya müharibəsi ərəfəsində faşizm ideoloqları yadıma düşür. Nədənsə, nakamam insanlar həmişə qəddar olur. Ruc imperiyası dağılmayınca, possovet dövlətlərinə rahatlıq olmayacaq.
Ölkede ele bir dövlet qurumu yoxdur ki orda “Rusbaşlar” hökmran olub metdan sulamasınlar.Bunlar esasen vaxtı le Rusiyada tehsil alan “Русскоязычное население города Баку» da yalayıb işleyenler ve millete “Чушка» deyenlerdir ki ermenini rusu bu gün de öz milletinden çox isreyenlerdir ve kiminse de onlara gücü çatmaz esaslı “temizlemeler” olmasa.
300 ilden artıq bir müddetde Rusiya imperiyasına qarşı Kişi kimi mübarşze aparan bir xalqın nümayendesi Milletinden üz dönderib Celladının terefinde xalqına qarşı mübarize aparır.Buna Sapı özümüzden olan südü xarab kişiliyi nöqsanlı Baltalar deyirler.Belelerine göre milli mübarize geç vaxt tamamkana bilmir.
Bax ki genişlənmədən partlama yaramaz!
Bu yaramaz faşistlər Ukrayna müharibəsindən sonra ancaq 10 ilə özlərinə gələr gəlməz, o vaxta qədər də bizlər bu deyilənlərlə mübarizə üçün ciddi tədbirlər görməliyik və içimizdəki rusbaş 5ci kolonun təsirini sıfıra yendirməliyik! Əks halda bu donuzlar bizim qapımıza da döyəcək...
Ruslar ne siyaset heyata keçirir keçirsin .tarix boyu bı dövletde az çox insan kimi yaşamaq qeyri rus milletlere-yehudilere,almanlara,qafqazlıkara ve diger milletlere qşsmet olur, rusa qalansa araq ve fahişelik olur.
rusiya adlı zibilxananı məhv etmək lazımdı xarabaya qalmış zibilxana günü gündən dahada nifrət edirəm....