ABŞ Prezidenti Donald Trampın çevrəsində ABŞ Dövlət Səmərəliliyi Departamentinin (DOGE) başçısı İlon Maskın mətbuata tez-tez müsahibə verməsinin lazım olub-olmadığı ilə bağlı şübhələr irəli sürülüb.
“Report” “NBC News”a istinadən xəbər verir ki, narahatlığın səbəbi Maskın Prezidentin mövqeyi ilə ziddiyyət təşkil edən və Respublikaçı Partiyasının üzvləri arasında gərginlik yaradan sosial təminat məsələləri ilə bağlı tənqidi fikirləri olub.
Ağ Evdəki mənbələrə görə, Maskın bəyanatları təqaüdçüləri narahat etsə də, bunlar Tramp administrasiyasının siyasətinə təsir etməyəcək.
“Biz sosial təminata toxunmağı planlaşdırmırıq”, – telekanalın həmsöhbətləri vurğulayıb.
Daha əvvəl DOGE-dən bildirilib ki, Vaşinqton 120 yaşdan yuxarı 3,2 milyon ABŞ sakinini ölmüş kimi tanıyıb, halbuki onlar hələ də dövlət verilənlər bazalarında sağ kimi qeydiyyatda olublar.
Maskın özü hələ fevralda sosial təminat sistemində 120-dən 369 yaşa qədər olan insanlar haqqında qeydlərin olmasına diqqət çəkmişdi.

Şərhlər
Günəşlə ilk duran Yaponiyanın Elektronika elmi və ardıcıl texnoloji tətbiq vasitələri icadlarından bütün Dünya İqtisadiyyatına, İlon Mask kimilərə, çox işimizi min dəfələrlə sürətləndirib-mükəmməlləşdirməklə hər il milyardlarla dollar ümümictimai-fayda və yüksək səmərə verməkdədir! ABŞ qədər yüksək inkişaf dövlətinin bəzi qulluqçuları isə cəmi 3,2 milyon vətəndaşının uçotunu dəqiqləşdirməkdən CAN ÇƏKİR?