“Azərbaycan ABŞ-nin respublikaçı administrasiyaları ilə əməkdaşlıqda özünü daha rahat və səmərəli hiss edib, demokrat administrasiyalarla isə çətinliklər yaşanıb”.
“AzPolitika” xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edərkən bildirib. O, xüsusilə Bayden administrasiyasının dövründə etimadın ciddi zərbə aldığını, lakin Trampın rəhbərliyi ilə yeni ümidlərin yarandığını vurğulayıb.
ABŞ - Azərbaycan münasibətləri və regional sülh barədə sualı cavablandıran Prezident İlham Əliyev, Corc Buş dövründə əlaqələrin güclü olduğunu xatırladıb və Azərbaycanın Əfqanıstan və İraqda ABŞ əməliyyatlarına hərbi və logistik dəstək verdiyini qeyd edib.
“Respublikaçı administrasiyalarla əməkdaşlığımız hər zaman daha rahat və məhsuldar olub. Buş administrasiyası dövründə tərəfdaşlıq strateji xarakter daşıyırdı,” – o bildirib. Ölkə başçısı xüsusilə Dövlət katibi Entoni Blinken və onun ətrafındakı anti-Azərbaycan fiqurların fəaliyyəti nəticəsində Bayden administrasiyası ilə münasibətlərin kəskin şəkildə pisləşdiyini bildirib.
“907-ci düzəlişin bərpası – ABŞ-nin Əfqanıstandan çıxdığı anda – bizə qarşı nankorluq idi. Bu, illərlə göstərdiyimiz dəstəyə qarşılıq olaraq etimadımızı sarsıtdı,” – İlham Əliyev deyib.
O, 5 aprel Brüssel görüşünü – Blinken, Ursula fon der Lyayen, Cozep Borrell və Ermənistan Baş naziri Paşinyanın iştirakı ilə – təhlükəli siyasi jest kimi qiymətləndirib. Prezident bu görüşün pərdəarxası şəkildə Ermənistana hərbi dəstək öhdəliklərini ehtiva etdiyini, lakin Azərbaycan etiraz etdikdən sonra bu məlumatların ictimai sənədlərdən silindiyini bildirib.
Prezident həmçinin bəzi ABŞ KİV-lərində Azərbaycan əleyhinə yönəldilmiş materialların Dövlət Departamentindən koordinasiya olunduğuna dair ciddi əsasların olduğunu qeyd edib.
“Tramp komandası geri qayıtdıqdan sonra bu materiallar dayandı. Bu təsadüfi deyil – bu bir sistemdir,” – İlham Əliyev əlavə edib.
Əliyev USAID-in Azərbaycan daxilindəki fəaliyyətinin də araşdırıldığını bildirib. “Baş Prokurorluq artıq bu məsələyə baxır. Araşdırma başa çatdıqdan sonra sənədlər Tramp administrasiyasına təqdim ediləcək”, - o deyib.
Hazırkı vəziyyəti dəyərləndirən Prezident bildirib ki, Vaşinqtondakı dəyişikliklər fonunda artıq üç müsbət siqnal var: düşmən ritorikanın dayanması, yüksək səviyyəli təmaslar və əməkdaşlığa açıq siyasi gündəm. “Ən böyük risk – xarici müdaxilələr və geosiyasi ikili standartlardır. Bunlar sülhü təşviq etmir, əksinə, regionu parçalayır. Azərbaycan suverenliyini qorumaq və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqlar qurmaqda qərarlıdır”, - Prezident İlham Əliyev xəbərdarlıq edib.
“AzPolitika.info”

Şərhlər
Standart hamı, hər subyekt, obyekt və aidiyyatı üzrə eyni bir ifadədə olur. Xüsusilə s*Güclülər* həmin ifadə, ya parametrləri ikili də öz mənafe-maraqları çoxüzlü də təblığ, təqdim və qəbul etmək istəyi-iddiasında olurlar? Terror cinayətləri kimi bütün təxribat, hərbi təcavüz və müharibələr dəf edilib, qarşısı alınmayan eləcə tərs münasibətdən başlanır? Əgər, NATO terrora məruz azəriləri doğma ev-mülklərinə BMT həlli üzrə qaytarmır, ya 907 qadağasına düzəliş etmirdisə, bizim sülhməramlılar öz ərazisinin azadlığı əvəzinə Əfqanıstana niyə yönəldilirdi?