“Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX Qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib. Partiya Nizamnaməsinin tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.
“AzPolitika” xəbər verir ki, bunu partiya sədrinin müavini Mütəllim Rəhimli “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, qurultayın vaxtını təyin etmək və müvafiq məsələləri müzakirə etmək üçün aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub. “İclasda partiyanın mərhum sədri İlyas İsmayılovun siyasi irsinin davam etdiriləcəyi bəyan olunub”, - M.Rəhimli vurğulayıb.
Partiyanın Ali Məclisinin sədri, həmçinin hazırda partiya sədrinin səlahiyyətlərini icra edən Meydan Babayev isə həmin paylaşıma şərh yazaraq, M.Rəhimliyə etiraz edib: “Hörmətli Mütəllim müəllim! Sevincək olub tələm-tələsik qurultayın keçirilməsi haqqında sosial şəbəkələrdə özbaşına yalan məlumat verməyə ehtiyac yoxdur. Partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri kimi, mənim bu məsələlərdən xəbərim yoxdur”.
M.Rəhmli isə ona cavab verib: “Meydan bəy, indi oxuyun, xəbəriniz olsun. Siyasi Şuranın 11 üzvündən 7 nəfəri iştirak edərək Ali Məclisin aprelin 19-da keçirilməsinə səs verib. Bu qərarın Nizamnaməyə uyğunluğunu Mərkəzi Nəzarət Təftiş Komissiyası da təsdiq edib”.
Ali Məclisin sədri isə M.Rəhimlini saxtakarlıqda ittiham edib: “4 ildə bir dəfə partiyaya gəlməyənlərin adından istifadə etməyin adı saxtakarlıqdır...”
Qeyd edək ki, Ədalət Partiyasında qurultay ərəfəsində baş qalıdran fikir ayrılıqları, qarşılıqlı ittihamlar Azərbaycan siyasi palitrası üçün xarakterik haldır. Qurucu liderin vəfatından, yaxud sədr postundan getməsindən sonra partiyalarda parçalanmalar həmişə baş verib. Buna 2000-ci ildə mərhum Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-nin bir neçə yerə bölünməsini, İsa Qəmbərin 2014-cı ildə birinci dəfə başqanlıqdan getməsindən sonra Müsavat Partiyasının iki yerə parçalanmasını misal gətirmək olar. Başqanlığa namizəd, iqtisadçı Qubad İbadoğlunun rəhbərliyi ilə sədr müavinləri, rayon şöbə sədrləri, Divan üzvləri Müsavat Partiyasından ayrılaraq yeni təşkilat yaratdıqlarını elan etmişdilər. Ədalət Partiyasında qurultayqabağı sədr müavini və Məclis sədri arasında baş qaldıran qarşılıqlı ittihamlar bu tendensiyanın davam etdiyini göstərir.

Xatırladaq ki, Ədalət Partiyası sədrinin digər müavini Elxan Şükürlü bir neçə gün əvvəl partiya daxilində baş verənlərlə bağlı geniş yazı yazıb, qurultayqabağı təşkilatın bölünəcəyi barədə xəbərdarlıq etmişdi. E.Şükürlü sədrliyə iddialı olmadığını bildirərək, partiyanın öz fəaliyyətini dayandırmasını təklif etmişdi.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Ədalət Partiyasında qalmaqal: Qiyam, yoxsa qurultaya hazırlıq?
https://ovqat.com/siyaset/74778-edalet-partiyasinda-qalmaqal.html
Hərbi Güc Ağ Evin yeni liderinin bəyanatları Beynəlxalq *Siyasət*in (münasibətin) ədalətin, artıq Ukrayna kimi bölüşmə sevdasına çevrilişini göstərmirmi? Rusiya da daxil dünya dövlətləri insanların, tükənən Yer mühitini dağıdan müharibə cinayətin tezliklə durmasına can atmasına baxmayaraq, gəlin tez bölüşək sevdası təklif olunur?
Əvvəla gözləyin ki heç olmasa mərhum İmayılovun heç olmasa qırxı çıxın.Ondan başqa bu partiyanın ölkədə nə zaman səsini eşidən,ortada görünən, təklifini eşidib qəbul edən olub? Nəsə bir məsələ araşdırıb kiməsə müraciət qəbul ediblər.Boş.adı yaxşı özü fəaliyyti görünməyn aldadıcı,yalnız ad ıqalan partiya ! Ayıbdır,faydalı işlə məşğul olun ki, evladlarınız da görüb gələcəklərini düşünə biilsin.Gedin ağıllı,faydalı işlə məşğul olun.Demaqoqiya heç nə verməyib.
Bunlar da özlərini partiya sayır ? Partiyanı heç qeydiyyata almayacaqdılar ,o biri partiyalar kimi heç 100-nəfər üzvləri yoxdur ,sadəcə rəhmətlik İlyas İsmayılova olan hörmətə görə qeydə aldılar .Bu partiyaya sonradan gələn ( daha doğrusu deputat arzusu ilə gələn ) Elxan Şükürlü düz deyir ,fəaliyyətinizi dayandırın və keçin YAP-a
Partiyanin koklu quruculari var onlarda bu Partiyani sizin kimilerden qoruyacaq bunu qulaqlarinizda sirqa edin. basqa xeyallarada dusmeyin.