Menu

Litva Kobaxidze və İvanişvilinin ölkəyə girişini qadağan edib

15.04.2025, 18:14
Litva Kobaxidze və İvanişvilinin ölkəyə girişini qadağan edib

Litva Gürcüstanın Baş naziri İrakli Kobaxidze, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla bir sıra dövlət və hökumət rəsmilərinin ölkəyə girişini qadağan edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Litva Miqrasiya Departamentinin saytında məlumat dərc edilib.

Siyahıda ümumilikdə 102 Gürcüstan vətəndaşının adı yer alıb. Qeyd olunub ki, Gürcüstan rəsmilərinin Litvaya girişi 2029-cu ilin dekabrınadək qadağan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol