Menu

Şəhid Münasib Mehdiyevı Samuxda dəfn olunub - FOTOLAR

18.04.2025, 14:52
Şəhid Münasib Mehdiyevı Samuxda dəfn olunub - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiyev Münasib Namaz oğlunun nəşinin qalıqları bu gün Samux rayonunda ailəsinə təhvil verilib.

Rayonun Qovlarsarı kəndində şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Valideynlərinin vəsiyyətinə uyğun olaraq, şəhidin qalıqları əvvəlcə onların məzarları üzərinə aparılıb.

Vida mərasimindən sonra şəhidin qalıqları Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılıb. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Mehdiyev Münasib Namaz oğlu 1973-cü ildə Samux rayonu Qovlarsarı kəndində anadan olub. 1992-ci ildə Ağdərə rayonu Aterk kəndində itkin düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol