Menu

ABŞ ordusu Suriyanı belə tərk edir - VİDEO

18.04.2025, 16:45
ABŞ ordusu Suriyanı belə tərk edir - VİDEO

ABŞ ordusunun Suriyanı tərk etməsinin ilk görüntüləri yayılıb.

Sözügedən görüntülərdə ABŞ hərbi karvanlarının Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağından çəkilərək Həsəkə bölgəsinə doğru hərəkət etdiyi əks olunub.

ABŞ-da nəşr olunan The New York Times (NYT) iddia edib ki, ABŞ ordusu dekabrda Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra təhlükəsizlik mühitinin dəyişməsi səbəbindən Suriyanın şimal-şərqindən yüzlərlə əsgərini geri çəkməyə başlayıb.

Bildirilir ki, ABŞ ordusu şimal-şərqdəki səkkiz kiçik hərbi bazasından üçünü bağlayaraq, əsgərlərinin sayını 2000-dən 1400-ə endirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol