Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb.
Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Belə ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb.
Suraxanı rayonunda isə paytaxt sakininin bank kartından 4720 manatını oğurlayan 42 yaşlı R.Cəfərzadə də saxlanılıb.
Araşdırmalar aparılır.
"Bir daha qeyd edək ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla üzləşən vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edilməlidir. Belə saxta və imitasiyalı məlumatlara etibar etməməyiniz tövsiyə olunur", DİN-in məlumatında deyilir.

Şərhlər
Kartları talan edənlər tapılırsa bəs mənim kartlarımı talan edənlər niyə tapılmır. Bir ilə çatır, lakin tapılmır, deməli yalandır, əgər tapılsa idi mənimki də tapılardı.
Bəs belə elanlar sosial şəbəkədə necə yayılır7Elan verənin kimliyi.adresi niyə dəqiqləşməyən elanlar sosial şəbəkıəyə daxil olur? Niyə bu sahə özbaşına buraxılıb7Vətəndaşların canını.malını qorumalı olan qurumlar niyə öz vəzifələrinin öhdəsindən gəlmirlər?Bu sahədə boşluq nədən yaranıb?Bütün hallarda belə hallarda səbəb bank sistemində mövcud (bilərələn və ya bilməməzlikdən ) boşluqlar,hüquq mühafizə orqanlarının yarıtmaz işləridir.Çünki bir aya yaxındır belə hallar artmağa başlayıb,amma ciddi dəyişikliklər yoxdur.Ola bilsin.ki,bəlkə, bankdan müştərinin öz vəsaitni çəkmək üçün əlavə qoruyucu mexanizm tətbiq edilməlidir.