Soyqrımçı İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində azı 78 nəfər həlak olub.

Bu barədə Fələstin Dövlətinin Səhiyyə Xidməti məlumat yayıb.

Qurumun açıqlamasına görə, işğalçı İsrail rejiminin hücumları nəticəsində 78 nəfər İsrailin həyatını itirib, daha 6 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Həmçinin bildirilib ki, son sutkada 168-dən çox yaralı xəstəxanalara yerləşdirilib. Bununla yanaşı, işğalçının hava zərbələri nəticəsində dağılan binaların altında hələ də çox sayda yaralının olduğu, lakin təcili tibbi yardım əməkdaşlarının onlara çata bilmədiyi qeyd olunub.