Menu

Ukrayna və NATO müdafiənin gücləndirilməsini müzakirə edib

27.04.2025, 08:56
Ukrayna və NATO müdafiənin gücləndirilməsini müzakirə edib

Kiyevdə NATO-Ukrayna birgə təhlil, təlim və təhsil mərkəzinin yüksək nəzarət şurasının iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər mərkəzin fəaliyyətinin strateji məsələlərini və əvvəlki təşkilati tapşırıqların icrasını müzakirə ediblər.

Əsas diqqət müdafiənin gücləndirilməsi, dayanıqlığın inkişaf etdirilməsi və döyüş meydanındakı təhdidlərə qarşı innovasiyalara yönəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol