Londonda müharibəyə son qoymaq üçün aparılan danışıqların bir hissəsi olaraq Ukrayna və Amerika tərəfi 22 "çox konkret" hərəkəti ehtiva edən şərtlərin siyahısını tərtib ediblər.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində deyib.
Kelloq qeyd edib ki, ukraynalılar şərtlərin heç də hamısından razı qalmayıblar. Lakin danışıqlar prosesində tərəflərin mövqelərini uzlaşdırmaq üçün bu, normal haldır.
Trampın xüsusi nümayəndəsi Rusiya XİN başçısı Sergey Lavrovun Rusiyanın Ukraynada qələbə çala biləcəyi barədə mövqeyinə də münasibət bildirib və qeyd edib ki, bu yanaşma reallığa uyğun deyil: Federasiyası bu müharibədə qalib gəlməyəcək. Rusiya son il yarımda he"Rusiyaç bir irəliləyiş əldə etməyib... Onlar yüz minlərlə əsgərini itiriblər, (onlar) kilometrlərlə deyil, metrlərlə irəliləyirlər. Ukraynalılar isə öz torpaqlarında şiddətlə vuruşurlar. Ona görə də Rusiya Federasiyası qalib gəldiyini deyirsə, bu, belə deyil”.
Diplomat vurğulayıb ki, Rusiya şəraitin dəyişdiyini anlamalı və qəbul etməlidir: “Ukrayna yaxşı vəziyyətdədir, avropalı tərəfdaşlar isə ABŞ-nin iştirakı olmadan - xüsusən də Böyük Britaniya və Fransanın rəhbərliyi altında fəallaşır və dəstək qüvvələri formalaşdırırlar. Onlar lazım gələrsə, Ukraynaya dəstəyini artırmağa indi çox, çox hazırdırlar".
O qeyd edib ki, bu müharibədə heç kim hərbi yolla qalib gəlməyəcək, yeganə yol diplomatiyadır: "Ukraynalılar bunu indi çox yaxşı başa düşürlər. Ruslar da bunu başa düşməlidirlər".
“AzPolitika.info”

Şərhlər
Tramp bildirdi ki, Rusiya ilə Ukrayna arasında savaşın nəticəsi əvvəlcədən məlum idi. Sadəcə Rusiyanı zəiflətmək üçün bu müharibə başlanmışdı. Eyni zamanda deyib ki, Rusiyaya nə Napaleon nə də Hitler qalib gələ bilməmişdir. Tramp bir də deyib ki, mən olmasaydım Rusiya Ukraynanı tam ələ keçirəcəkdi. Putin, Tramp və digər avropa dövlətlərinin başçıları yaxşı bilirlər ki, Putin Ukraynaya müharibə elan etsə təxminən 30 milyon əhali qısa zaman ərzində Avropaya köç edəcək və bu da Avropada xaos yaratmaqla oranın çöküşünə səbəb olacaq. Ona görə indi heç kəs risk etmək istəmir. Putin isə nə etmək istədiyini gözəl bilir. Rusiya hələ indiyədək könüllülər və muzdlular hesabına döyüşür, səfərbərlik belə etməyib. ...
ABŞ həm Ukrayniyadan həmdə Rusyadan lazım olan qədər sərvət qopartmaq istəyirdi,Zelenskinin başqa çarəsi olmadığından nə desələr hazırdır, yəqin Putin qağa Trampın təkliflərini qəbul etmədiyinə görə onun xusisi nümayəndəsi Rusyanın bu müharibədə qalib gələ bilməməsini söyləyib,yəni Putin qağa onların təklifini qəbul etsin.
Son vaxtlar Putin ve Rusiya SSRİ-ni peroa etmek uğrunda çıx çalışırlar .SSRİ- nin berpası 10- la dövletin millionlarla insanın mehvi ve bedbextliyi demekdir.Rusiya Yer küresine saplanmış bir pazdır onu yandurmayınca dünta felaketde olacaq hemile.