Menu

“Prezident olacaqdı, tarix oldu...” - Ərdoğan + VİDEO

30.04.2025, 22:06
“Prezident olacaqdı, tarix oldu...” - Ərdoğan + VİDEO

“Bundan əvvəlki də prezident olacaqdı (sabiq CHP sədri Kamal Kılıncdaroğlu - red.), amma şaibəli şəkildə tarix oldu. İndi heç kim onun qapısını döymür, halını soruşmur. Nunun nəfəsinin 2028- ci ilə catacaqmı, məlum deyil. Görək daha nə qədər CHP-li prezidentliyə gedən yolda özünü hədər edəcək".

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxış edərkən deyib.

Ərdoğan daha sonra Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəli hədəf alıb.

“CHP başqanına baxanda düşünürsən ki, FETÖ-çuların pıçıltıları, dedi-qoduları ilə siyasət aparır. O, ucuz yollarla, nazirlərimizə, ədliyyə işçilərinə, təhlükəsizlik qüvvələrimizə hücum edərək gündəmə gəlməyə çalışır. O, Qərbdəki qanunsuzluqlarla bağlı araşdırmaları alqışlayarkən, öz partiyasında iflasa uğrayanları demokratiyanın qəhrəmanları kimi bəyan edir. O, xarici media orqanlarına söyüş söyərək partiyasını və ölkəsini biabır edir. Ümidini CHP-yə bağlayan vətəndaşlarımıza acıyırıq”, - deyə Ərdoğan bildirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol