BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb.
”AzPolitika” xəbər verir ki, bu barədə nümayəndəliyin yaydığı məlumatda bildirilib.
UNDP-nin Azərbaycanda nümayəndəliyi 1992-ci ilin payızında təsis edilib. İlk vaxtlarda qurumun Azərbaycandakı fəaliyyəti Qarabağ münaqişəsindən zərərçəkənlər üçün erkən bərpa proqramının həyata keçirilməsinə yönəlib. Zaman keçdikcə, onun Azərbaycandakı rolu ölkənin dəyişən ehtiyaclarına uyğun istiqamətlənib.
“AzPolitika.info”


Şərhlər