Azərbaycan XİN Azər Badamovun Moskvada hava limanında saxlanılmasına münasibət bildirilib.
"AzPolitika" xəbər verir ki, XİN-dən bildirilib: "Bəli, həqiqətən bu gün bu hadisə baş verib. Qeyd edək ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.
Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.
Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik".
***
Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.
"AzPolitika" APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişimə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.
Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyeva media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb. Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azətbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar qeyd oluna bilər.

Şərhlər
İnsan Cəmiyyətini dini etiqad təmkinə-barışığa yönəltdiyi kimi diplomatiyanın da məramı adekvat-səmərəli münasibətlərdir! a)Badamovu hansı RF təşkilatı, hansı göstərişlə saxlayıb? b)Nümayəndə heyəti yaxın Həştərxana, niyə Moskvadan uçurmuş? ...
Xəbər portalları bu Azər Badamov adlı şəxsin Rusiyaya girişinə icazə verilməməsindən yazırlar. Bunun niyəsini yəqin ki, Badamov özü daha yaxşı bilir. Verilən xəbərlərə görə məsələ ilə əlaqədar, Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-nin rəsmisi məsələnin araşdırılacağını bildirib. Sanıram Xarici İşlər Nazirliyimiz Rusiya Xarici Nşlər Nazirliyindən bunun əsil səbəbini öyrənməyincə, xəbər portalları və sosial şəbəkə fəalları bu barədə haray- həşir qoparmamalıdırlar. . Zatən təyyarə qəzasında Rusiya ilə Azərbaycan arasında gərginliyin artmasında həm Rusiyada və həm də Azərbaycanda maraqlı qvvələr bundan istifadə edib yetərincə gərginlik yaratdılar. Hələ olaki də qloballaşan dünyanın çalxalandığı və regoonda vəziyyəti gərginləşdirməkdə maraqlı olan xarici qüvvələrin aktivləşdiyi bir zamanda. Amma bir mənalı olarq onu da bilirik ki, Azərbaycan və Rusiya prezidentləri arasında səmimi münasibətlər var və bunu da pozmağa heç kimsənin gücü yetməz.
Azerbahcanda 1 ci sinif sagirdi de bilir ki , Rusiyadan bize muttefiq cixmayib bundan sonra da bele omur boyu cixmayacaq ..Isagalcidan ne muttefiq ??
Bu bayramı orada niyə qeyd edirlər ki ?
Azərbaycan belə dostdansa erməni kimi düşməni məqbul sayar
Analoji addım atılmalıdır.