Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın sabiq prezidentlərini növbəti dəfə debata çağırıb.
APA xəbər verir ki, Robert Koçaryan və Serj Sarkisyanı “siyasi əkizlər”ə bənzədən Paşinyan adlarıçəkilən şəxslərə dəfələrlə çağırış etdiyini xatırladıb.
“Sadəlövh auditoriyaları toplamağı və üzünüzdə ciddi bir ifadə ilə onlara nəsə deməyi dayandırın. Deyəcək sözünüz var? Yenə deyirəm, gəlin nə istəyirsinizsə, canlı yayımda danışaq! Qarabağla bağlı danışıqlardan danışa bilərik, müharibənin vaxtının uzadılması barədə danışa bilərik, nədən istəsəniz danışa bilərik. Nə qədər gizli şəkildə orda-burda, müxtəlif qaranlıq künclərdə toplaşa və bəzi açıqlamalar verə bilərlər? Robert Koçaryan, Serj Sarkisyan, Levon Ter-Petrosyan, nəsə demək istəyirsiniz? Yenə təkrar edirəm, gəlin canlı efirdə debat keçirək. Niyə imtina edirsiniz? Əgər Koçaryan, Sarkisyan və ya Ter-Petrosyanın deyəcəkləri nəsə varsa, yenə deyirəm, onları canlı efirdə debata dəvət edirəm – siz üçünüz, mən tək”, - Ermənistan lideri vurğulayıb.

Şərhlər
Vəhṣilərin sůrůsůndə bir-birini gəmirmə prosesi baṣlayır
Molodets Paşik. Lotusan mənölüm.
Adətən belə təklifləri müxalifət verər, iqtidar ondan qaçar. Xoşum gəlməsə də 6-7 il ölkəyə başçılıq edən, hətta müharibəni uduzmuş dövlət başçısının belə cəsarətli addımı çox az təsadüf ediləndir. Pişik Ermənistanda hələ də ən ağıllısıdır .