Xəbər verdiyimiz kimi, İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxışı ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb.
"AzPolitika " xəbər verir ki, bu barədə "Unikal"a Azərbaycanın sabiq təhsil naziri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov açıqlama verib.
Eks-nazir bildirib ki, Saleh Səmədovun bu addımı səhvdir: "İmişli hara, "Georgi lenti" hara? SSRİ bayrağı ilə çoxdan qurtarmışıq. Vaxtilə Ulu Öndər üçrəngli bayrağımızı qaldırıb bizi ondan azad etmədimi? Bu, tamamilə separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkətdir. Bunu kim edibsə, çaşıb. Mən belə fikirləşirəm".
Misir Mərdanov Saleh Səmədovun Türkiyə bayrağı ilə bağlı açıqlamasına da münasibət bildirib. O, bu açıqlamaya "qələt edir" deməklə kifayətlənib.
Xatırladaq ki, Saleh Səmədov "modern.azü -a açıqlamasnda özünə haqq qazandırıb və hətta Azərbaycanda qardaş Türkiyənin bayrağına olan sevgiyə nifrət qusub..
"Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” - deyə, təxribatçı fikirlər səsləndirib..
Qeyd edək ki, Saleh Səmədovun separatçı xarakterli bir tədbir təşkil etməsi, bunu lentə alaraq yayması, ardınca isə qardaş Türkiyə bayrağı əleyhinə təxribat xarakterli fikirlər səsləndirməsi onun bu addımları özbaşına atmadığını düşünməyə əsas verir. Belə bir tədbirin keçirilməsi ilə bağlı tapşırığın Saleh Səmədova kim tərəfindən və ya haradan verildiyi ciddi şəkildə araşdırılmalıdır. Üstəlik, bu məsələ yalnız İcra Hakimiyyəti tərəfindən deyil, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
"AzPolitika.info"

Şərhlər
Misirin təhsilə vurduğu zərər əbədiyyən silinməyəcək. ...
İmişlidəki insidenti bir test kimi qəbul etmək lazımdır. Məgər elələri azmıdır məmləkətimizdə?
Sayagəlməz qədər yerləşiblər və hər yerdə vardırlar.
Can Azərbaycanımızın inkişafı və güclənməsi naminə ölkə başçısı tərəfindən qəbul olunmuş mütərəqqi planların həyata keçirilməsinə əngəl törədən, varlığımıza düşmən kəsilmiş qüvvələrə biyyət etmiş belələrı deyilmi?
Hər zaman məqam gözləyirlər ki, xənçəri arxadan soxsunlar kürəyimizə.
Amma unudurlar ki, Azərbaycan dövlətçiliyinin təməlini dünya siyasi liderlərinin ön cərgəsində şəfəq saçan Heydər Əlirza oğlu Əliyev qoyub.
YAŞASIN AZƏRBAYCAN!!
bunlar başdan iylənib
Əslində bu məsələni hallandıranlar o bayrağı İmişlidə qaldırandan daha çox təbliğat aparmış oldlar. Bu ölkədə çətini bir dəlinin quyuya bir daş atmasıdır. Ondfan sonra o daşı o quyudan çıxarmaq üçün Misir Mərdanov belə qollarını çırmalayacaqdır. Danabaşılıq Azərbaycanda azalan deyil. Əksinə korona kimi bütün ölkəni saracaq. Sarıbdır belə.
Səviyyəsiz, milli əxlaqi dəyərlərdən uzaq,başqasının qabağında tula kimi quyruq bulayan, bizim içərimizdə olan şərəfsiz,alçaq utanmadan,həyasızcasına bu hərəkətə görə cavab verməlidir.
Biz-azəri (Qafqaz ili) türkləri qanımızda ÖZÜMÜZə *düşmənçilik*, *başımıza dil bəlası*ndan həmrəy-birgə məsləhətli dünyəvi məhsuldar işimiz görünmür, tərsinə yönəlir? Xan qardaşlar özgə ilə sövdədə bir-birinə qarşı savaşıb, şah olanın *başını kəsdirib*lər? Ötənə güzəşt-*koranə Sultanov, Qarayev, ... tarix*ləri keçmədimi? Son bircə qərinədə on minlərlə kütləvi-ETNİK genosidə qurban soydaşlarımızın (qalıqlarına) müqəddəs ruhlarına da toxunuruq və hələ heç bir Hərbi *Miatsum!* qatlili tam mühakimə edilməyib?
Kadr təyin edərkən araşdırmaq lazımdır ki, kimi hara təyin edirsən. Şəki də savadlı, Ağsaqqal ziyalı kadr olmasına baxmayaraq sabiq polis əməkdaşı olan Vaqif Əhmədovu Ağsaqqallar Şurasının sədri təyin ediblər. Şəkinin sabiq deputatı Kazım Məmmədov kimi ziyalı bir Ağsaqqal kənarda qalıb, Şəki əldən gedir...
belə çıxır ki əliheydər qarayevlərin tör töküntüləri yavaş yavaş üzə çıxır
"İmişli hara, "Georgi lenti" hara? SSRİ bayrağı ilə çoxdan qurtarmışıq. Vaxtilə Ulu Öndər üçrəngli bayrağımızı qaldırıb bizi ondan azad etmədimi? Bu, tamamilə separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkətdir. Bunu kim edibsə, çaşıb. Mən belə fikirləşirəm".
Bildiyim qeder bu adamin hec orta tehsil ateststi yoxdur
Axsam mektebinden (Qiyabi) atestat alib.Bu adam bazarkom isdayib Isgender hemidov vaxti onun komekliyi ile..Bu adam sirf alvercidir.Rusiyaya da sisterni ile Spirt satan olub.Vinzavod isdedir.Yaxsi pulu var ancaq zir savadsizdir.O,vaxti Ramiz Mediyeve pul verdi bir ara Naftalanin Ih muvin isledi
Agsaqqallar surasina da hemin qayda ile gelib. Koopersiya instutu xeyti ile
Eger müvafiq dövlet qurumları bu ... cezalandlrmasa bu buqeyret milli düşmen rus alkaşının "Пешкасы" çox p... yeyecek ve bunun keçmişi arsşdırılmalıdlr,ola bilmez bu qanı temuz Türk ola.