Menu

Türkiyədə NATO XİN başçılarının ikigünlük toplantısı başlayır

14.05.2025, 11:01
Türkiyədə NATO XİN başçılarının ikigünlük toplantısı başlayır

Bu gün Türkiyənin Antalya şəhərində NATO-nun 32 üzv ölkəsinin xarici işlər nazirlərinin ikigünlük qeyri-rəsmi toplantısı başlayacaq.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, müttəfiq ölkələrin XİN başçıları fikir mübadiləsi edəcəklər. Bu iclas 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO dövlət və hökumət başçıları zirvəsinə hazırlıq xarakteri daşıyır.

Toplantıda NATO-nun Baş katibi Mark Rutte və başqa yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol