Trampın Putinin tələblərinə reaksiyası necə olacaq?
Mayın 16-da İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları gözlənildiyi kimi tərəflər arasında ciddi irəliləyişlə nəticələnmədi. “Bloomberg” agentliyinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Rusiya tərəfi Kiyevdən son dərəcə sərt və əslində kapitulyasiya xarakterli tələblər irəli sürüb. Kreml bu şərtlər yerinə yetirilmədiyi halda atəşkəsə razılıq verməyəcəyini açıq şəkildə bəyan edib.
Moskvanın əsas tələbləri: Neytrallıq, Krımı unutmaq və əraziləri boşaltmaq
“Bloomberg”in məlumatına görə, Rusiya nümayəndə heyəti Ukrayna tərəfinə aşağıdakı şərtləri irəli sürüb:
-Ukrayna neytral status qəbul etməlidir – ölkə ərazisində heç bir xarici hərbi qüvvə və ya kütləvi qırğın silahı yerləşdirilməməlidir.
-Kiyev Rusiyadan müharibə zərərlərinə görə təzminat tələb etməkdən imtina etməlidir.
-Ukrayna Krım və Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətlərinin Rusiyaya məxsus olduğunu tanımalıdır. Ukrayna silahlı qüvvələri bu ərazilərdən tamamilə geri çəkilməlidir.
-Həmin beş region beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınmalıdır.
Bu tələblər Ukraynanın suverenliyinin ciddi şəkildə itirilməsi və işğal olunmuş ərazilərin legitimləşdirilməsi deməkdir.
Vaşinqtonun mövqeyi və Trampın reaksiyası
Rusiya tərəfinin bu təklifləri ABŞ-nin irəli sürdüyü sülh planına tamamilə ziddir. Vaşinqton Ukraynanın ərazi bütövlüyünün qorunmasını və müharibənin “dondurulmasına” qarşı olduğunu açıq şəkildə bəyan edib.
Hazırda Ağ Evə rəhbərlik edən Donald Trampın bu tələblərə necə reaksiya verəcəyi hələlik bəlli deyil. Avropa İttifaqı rəsmilərindən biri “Bloomberg”ə bildirib ki, ümid edir, bu şərtlər Trampa Rusiyanın sülhə ciddi yanaşmadığını göstərəcək və onu daha sərt mövqe tutmağa vadar edəcək.
Diplomatik mənbələrə görə, son həftələrdə ABŞ-Rusiya münasibətləri daha da gərginləşib. Tramp administrasiyasındakı bir çox rəsmilər Vladimir Putini sülhün qarşısında əsas maneə kimi görür. Bu isə onu göstərir ki, Moskvanın təqdim etdiyi "sülh planı" əslində Ukraynanın təslim olması və status-kvonun Rusiya xeyrinə rəsmiləşdirilməsidir.
İstanbul görüşü bir daha sübut etdi ki, Kreml kompromisə yox, diktəyə üstünlük verir. Rusiya tərəfinin şərtləri sülhə deyil, müharibə nəticəsində əldə etdiyi üstünlüyü möhkəmləndirməyə yönəlib. Bu isə yaxın gələcəkdə sülh danışıqlarındansa, yeni hərbi qarşıdurma mərhələsinin başlanacağını ehtimal etməyə əsas verir.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər
Ay sen elesen
Самые признанные животные Кошки от сильной любви при недоумении съедают самое любимое детище? Эту болезнь Кремль скрывал до конца 1991 года и наконец-то приватно-не официально обделил Социалистическое Содружество с частным *Запад*ом так, как внешнее Ведомство часто заявляет о каких-то условиях? Похоже и в ответ, что *новый Белый Дом* стал не спасителем, а разделителем Украины? Допустим, Украина сдалась? А, что с нею сделает Кремль, который провалил СССР, а позже и ныне безусловно проваливает РФ, толком ради Величества? Ради всего мира следует остановиться мигом-немедленно!