Lənkəranda “Kaspi Kids” uşaq bağçasında azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarılıb.

Bu barədə APA-ya bağçanın təsisçisi Murad İbrahimov məlumat verib.

O bildirib ki, yayılan görüntülərdən dərhal sonra lazımi tədbirlər görülüb, həmin tərbiyəçi-müəllimin əmək müqaviləsinə xitam verilib.

Görüntülər araşdırılır.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Regional qrupun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: “Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.