Menu

BAKIDA BÖYÜK SÖKÜNTÜ BAŞLADI - Ünvanlar + VİDEO

30.05.2025, 20:55
BAKIDA BÖYÜK SÖKÜNTÜ BAŞLADI - Ünvanlar  + VİDEO

Keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

“AzPolitika” “Trend”ə istinadən xəbər verir ki, köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edir.

Bu proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Qeyd edək ki, sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə park salınması gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl də Bakının mərkəzində yeni söküntü başlayacağı və yerində park salınacağı ilə bağlı məlumat vermişdik.

Söküləcək ərazilərdən Xəzər TV-nin reportajını təqüdim edirik:

Şərhlər

Omer hoca 2025-05-31 23:46:46

Tamaile dogrudur

Cəmşid Dərələyəzli 2025-05-30 20:32:32

Nə yazıq ki, bir türlü anlaşılmayan o ki, bu gün Qarabağa qayıdışla bağlı qlobal bir bərpa işləri ilə üz-üzə qaldığımız bir vaxtda. Bakıda bu söküntü və tikinti nəyə və kimə lazımdır. Yaxşı olardı, hökümət masadakı problemlərə baxıb da qaçanı qovardı. .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol