İlin sonuna qədər bir neçə müxalif partiyanın sədrliyində dəyişiklik gözlənilir. Vəhdət Partiyası ilk addımı ataraq növbədənkənar qurultay keçirdi, 30 illik sədr Tahir Kərimlini Adəm Bakuvi ilə əvəzləndi. O, iki il əvvəl Vəhdətə üzv olub və adıçəkilən partiyada sədr müavini postunu tuturdu.
Bu gün isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sərəncam imzalayaraq öz səlahiyyətlərini müavini Qiyas Sadıqova ötürüb.
O, "AzPolitika”-ya açıqlamasında bildirib ki, növbəti sərəncama qədər Q.Sadıqov partiyanı idarə edəcək. P.Hüseyn ilin sonuna qədər növbədənkənar qurultay keçiriləcəyini və özünün postundan gedəcəyini istisna etməyib.
Pənah Hüseyn bu addımının səbəbini yeni ictimai-siyasi fəaliyyət istiqamətində partiya sədri kimi iştirak etmək niyyətində olmaması ilə izah edib. Vurğulayıb ki, AXP sədrliyi onun yeni fəaliyyətinə mane olacaq.
“AzPolitika”-ya daxil olan məlumata görə, yaxın zamanlarda Azərbaycan Demokrat Partiyası, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyli Partiyası, Demokratik İslahatlar Partiyası və uzun müddət sədri dəyişməyən digər təşkilatlarda da qurultaylar keçirilə bilər. Mənbə bildirib ki, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, Sabir Rüstəmxanlı, Asim Mollazadə kimi siyasətçilər siyasi fəaliyyətlərinə son qoymasalar da, partiya sədri də olmayacaqlar.
Qeyd olunur ki, siyasi palitrada bu dəyişikliklər yenilik və islahat zərurəti ilə izah olunur.
Xatırladaq ki, Azərbaycanda 26 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan Vətəndaş Həmrəyli Partiyası (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev, Elçin Mirzəbəyli), Ana Vətən Partiyası (Günay Ağamalı), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Milli Cəbhə Partiyası (Razi Nurullayev), REAL Partiyası (Erkin Qədirli), Azərbaycan Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Böyük Azərbaycan Partiyası (Elşad Musayev) və Demokratik Maarifçilik Partiyası (Elşən Musayev) parlamentdə təmsil olunur. Ümumilikdə hakim Yeni Azərbaycan Partiyasından başqa 11 siyasi təşkilatın Milli Məclisdə deputatları var.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Zəfər və tam ərazi azadlığından sonra tam müstəqil-neytral seçkilərlə ən zəkalı-fəal, diplomat-qabiliyyətli işğüzar namizədlərimizə rəhbərliyə, prinsipial hüquqi liderliyə seçməyimiz daha faydalı-hərəkətverici olacağına zəmanətdir!
Bu sifətlər bizi necə də bezdirib.Getməli olanlar çoxdur.Mən 45 il dövlətə işlədim , sosial fonda vəsaitlər ödədim .İndi cüzi təqaüd alıram .Bunlar görəsən nə edəcəklər.
Allah bu Adem belasini versin .Xeyayideki yeri birge satdiq
Mene atış geldi pulumu vermedi.Onu Allah’a tapsirmisam
O,hara Partiya hara .Telefonu pesakar deleduz olduğu için 211-le di Köhne obuvnoyun yerinde oturur Otelde .Dom şovetle iz-be-uz
Adem İsmayilov hal- hazirda hebsde olan Tagi Ibrahimovun Yasamaldaki tikintide ortağıdır.Baxin internetde:Qlobal-SF MTK-ya.MTK da qardasi oğlu İsmayilov Aganin adinadir
Milletin belinii aitin bu Adem.Yerlsi Tahir Kerimliden Partiyani nece alib araştırın .Bu siyasetde yox Taginin yaninda olmalıdır.
Şok xəbər oldu təzə gəlmişdilər niyə belə tez gedirler görəsən.Rollarını əla oynayırdılar halbuki
Bu Adem Samaxili meni aldadib.Primorsk qes .Z.Qasimov11/1. De yaşatır .Bu Ismayilov Adem Ismayil ogludur.Sorusun ondan ki,TOMA x.torpagin nece elinden aldın? Bu adam dan ehtiyatli olun Fondun adindan istifade ederek camaahati aldadir
Adam Bakuvi((İsmayilov)sirf .... .Xaqani kuc. “Empayr” adlı otel isdedir3-qardasdirlar .Biri hebsde yatan.Hayif Azerbaycan’da siyaseti ne günler getirdiler
Zatən bunlar yox kimi bir şeylərdi. Bu kimi partiyaların 98 faizi bir sədrdən bir də qara bir papkadan ibarətdilər. Yani farlk etməz.
Boş,.mənasız partiyalar, fəaliyyətləri görünməyən,.müftəbaşdolandıran sədrlər !Keçən 30ildəbu partiyaların səsini eşidən.işini hiss edən.ölkdə nəyisə yaxçılığa doğru dəyişmək cəhdini Azərbaycan xalqı örübmü?Belə partiyabazlığa sərf edilən vəsaitləri insanların yaşamına sərf etmək daha məqbul deyilmi?
Bu müxalifet partiyalarının varlığı yoxluq kimidir yeni onların varlığı ölkenin siyasi heyatında qetiyyen hiss olunmur.