Menu

Kreml Netanyahunun bəyanatına münasibət bildirib

16.06.2025, 14:20
Kreml Netanyahunun bəyanatına münasibət bildirib

Kreml İsrail Baş naziri Benyamin Netanyahunun İranda rejim dəyişikliyinin İsrailin həyata keçirdiyi hərbi əməliyyatın nəticəsi ola biləcəyi barədə bəyanatını görüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml bu bəyanatı görüb, oxuyub.

"Biz regionda bu cür təhlükəli eskalasiya və gərginliyə səbəb olan hərəkətləri pisləyirik. İsrail tərəfinin hazırda həyata keçirdiyi bombardmanlar fonunda İranda cəmiyyətin əhəmiyyətli dərəcədə konsolidasiyasını da qeyd edirik", - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol