Kremlin ən simasız və iyrənc təbliğatçısı olan Vladimir Solovyov yenə Rusiya efirində “artsax” məsələsini qaldırıb.
“AzPolitika” xəbər verir ki, Solovyov Rusiyanın “Rossiya-1” dövlət kanalındakı verilişində Azərbaycanın ərazi bütövlüyünə dil uzadıb, ölkəmizin suverenliyini sual altına alan çıxış edib.
Varlı ermənilərdən hər zaman tula payı alan Solovyov bu dəfə də Nikol Paşinyanla qarşıdurmada Erməni Apostol Kilsəsinin tərəfini tutan və hökuməti hədələyən erməni milyarder Samvel Karapetyanın “müdafiəsinə” qalxıb. Ermənistandakı qatı millətçi və revanşist qüvvələrin sponsorlarından biri sayılan və ötən axşam Ermənistanda saxlanılan Karapetyanın tərifini göylərə qaldıran Solovyov Nikol Paşinyanı təhqir edib, onun hökumətini “satqın və alçaq” adlandırıb.
Ermənistan Baş nazirinin ünvanına açıq təhqir və aşağılayıcı ifadələr işlədən Kreml təbliğatçısı daha sonra onu Nikol yox, “Turkol” adlandırıb. Yəni, onun adının əvvəlindəki “Nik” şəkilçisini “Türk” sözüylə əvəz edərək, Paşinyanın türklərə xidmət etdiyinə işarə edib. Bununla da bir daha Azərbaycana və Türkiyəyə olan nifrətini, düşmənçiliyini açıq göstərən Solovyov bir qədər də irəli gedərək, Qarabağı növbəti dəfə “artsax” adlandırıb və Paşinyanı “artsaxı satmaqda” ittiham edib. Ermənilərə “artsax”ın taleyini xatırladıb və belə getsə, Ermənistanı da Qarabağın taleyi gözlədiyini deyib.
Erməniləri Paşinyana qarşı üsyana çağıran Solovyov onları “böyük xalq” adlandırıb və deyib ki, guya Paşinyan kilsəni onların əlindən almaq istəyir.
Verilişin efirində dəfələrlə Qarabağı “artsax” adlandıran və Azərbaycana, onun suverenliyinə açıq hörmətsizlik edən Solovyov erməniləri “öz tarixlərini unutmamağa” çağırıb. Ermənidən artıq ermənilik edən Solovyov sonda bu mənzərənin onu “ağrıtdığını” əlavə edib.
Пропагандист Владимир Соловьёв вновь отличился неуважением к Азербайджану, встав на защиту российского бизнесмена Самвела Карапетяна, которого задержали в Ереване. В эфире федерального телеканала он использовал формулировку «арцах» — выражение, давно ставшее символом армянских территориальных претензий. Соловьёв в своём стиле призвал армян «вспомнить, кто они», заговорил о «великой христианской традиции» и заявил, что у Армении «отбирают последнее». Кульминацией стал его пассаж о том, что армян «ждёт участь арцаха». Очевидно, что у пропагандиста география заканчивается на границах «русского мира». Стоит напомнить ему и всем реваншистским силам: судьба «арцаха» — это не угроза, а наглядный итог того, чем заканчиваются иллюзии о «великой истории на чужой земле».
Posted by Azer Hesenov on Tuesday, June 17, 2025
Bir daha qeyd edək ki, bunların hamısı – Azərbaycanın ərazi bütövlüyünə dil uzadılması, suverenliyimizə qarşı hörmətsizlik, Qarabağın qondarma erməni adıyla adlandırılması, Azərbaycana və Türkiyəyə qarşı açıq nifrət təbliğatı Rusiyanın dövlət kanalının birbaşa efirində gedir! Belə şeylər isə əlbəttə ki, Kremlin icazəsi və göstərişi omadan mümkünsüzdür!
Azərbaycandakı “rusbaşlar”ın, SSRİ və “rus dünyası” aşiqlərinin belə proqramları daim, həvəslə izlədiklərini nəzərə alsaq, onların Solovyov kimi şərfsizlərin bu cür çıxışlarına dön-dönə baxması, qulaq asması və nəticə çıxarması gərəkdir…
Solovyovun bu iniltisi bir daha sübut edir ki, Qarabağın və digər işğal olunmuş ərazilərimizin azad edilməsi, rus işğalçı kontingentinin də erməni separatçıları kimi ərazilərimizdən rədd edilməsi imperiyaçı, şovinist, ermənipərəst Kreml tulalarının boğaznda iri sümük kimi qalıb və onları boğmaqda davam edir. Ancaq Solovyov kimilərin nə qədər hürməsindən, zingildəməsindən asılı olmayaraq, Qarabağ Azərbaycandır və daim belə də qalacaq!
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Bu uzunqulaq oğlu uzunqulağın ... paz yeritmək lazımdır,yoxsa ŏlənə kimi sarsaqlayacaq....
Solovyov katolik kilsə edamından *hay*lar kimi Türkiyədən keçib, Urmiyada anti-katolik Qreqori qruplaşması kimi tanınmış və rus kilsələrinə köç edərkən Çarlığın (saxtaca) *erməni* adlandırdığını, digər *Armenia*, *Artsax* sözlərinin də (guya yazı tarixindən də öncəkı saxta) dini kitablara əlavələrdən götürüldüyünü dəqiq bilməmiş deyil? O, Solovyan olmasa da, Qarabağdakı *Miatsum!*, ya *Bizimdir* təşkilatçıları iki milyon alıbsa, özünün daha çox daşnağ qonorarına çalışdığını təsdiqləməyə çalışır!
Вдадимир Соловьев - это современный поп Гапон, такой же подлый, мерзкий и продажный!
Solovyov, sən danışmırsan sən doğursan. Ermənilərə bir dənə "Artsax" doğ. Bəs niyə studiyada doğursan? Rusiyada doğum evi yoxdur ki?
Eslinde bu Solovyovda yeni Bülbülovda ya Quşovda günah yoxdur ,günah bunun .... o azerbaycsnlıdadır ki ,bu emeıi etmeseydi bu Bülbülovda bize düşmen olmazdı.
Əlbəttə ki, Qarabağ məsələsi Rusiyanın bizim Xalqımızın, Millətimizin başına gətirdiyi oyundur, erməni isə Ermənistan şəklində formalaşdırılıb və eyni zamanda erməniyə əlbəttə ki, sərf edir ki, göydən yağlı kökə kimi düşən dövlətçiliyi qəbul edir və Rusiyanın diktəsi ilə+Rusiyanın öz itləri də daxil daim bizə tərəf hürdürülən köpəklərdir