İranın ali lideri ayətullah Əli Xamenei xalqa müraciət edib.

"AzPolitika" xəbər verir ki, bu barədə TASS ölkə rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 Xamenei Trampın "dərhal təslim olmaq" çağırışına cavab olaraq İran xalqının "heç vaxt təslim olmayacağını" bəyan edib.

O, həmçinin qeyd edib ki, ABŞ İranla hərbi münaqişəyə girdiyi təqdirdə bunun nəticəsi onun üçün çox ağır olacaq.

O, çıxışında İranın öz ərazisinə edilən hücuma etinasız yanaşmayacağını bildirib.

Qeyd edib ki, ölkənin Silahlı Qüvvələri hazırlıq vəziyyətindədir.

Dini liderin sözlərinə görə, İranın cavab hücumu İsraili zəiflədib, Tehran yeni qisas zərbələri endirməyi planlaşdırır.

O qeyd edib ki, İsrail böyük səhv edib və buna görə cəzalandırılacaq.