Menu

"Netanyahunu dayandırın" - Madurodan çağırış

19.06.2025, 11:56
"Netanyahunu dayandırın" - Madurodan çağırış

Venezuela Prezidenti Nikolaz Maduro İsrailin İrana etdiyi hücumlarla başlayan münaqişə ilə bağlı yəhudi xalqına çağırış edib.

O, İsrail Baş naziri Benyamin Netanyahunun dayandırılmasını tələb edib.

"Qanımda axan bu mirasa görə, dünyanın dörd bir yanındakı və işğal altındakı Fələstin torpaqlarında ya da İsrail dövləti sərhədləri daxilində yaşayan əziz yəhudi xalqına bir çağırış edirəm. Müharibəni dayandırmalısınız. Netanyahunu dayandırmalı və bütün Yaxın Şərqi və Qərbi Asiyanı fəth etmə və koloniləşdirmə istəyini sona çatdırmalısınız", - deyə Maduro bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol