Avropa Komissiyası 22-ci sanksiyalar paketinin layihəsini təqdim edib.
TASS-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
Paketə SWIFT beynəlxalq banklararası maliyyə telekommunikasiyaları sisteminə çıxışı dayandırılacaq 60 bank və qara siyahıya salınacaq, Rusiya neftini daşıyan 70 tanker daxil ediləcək.
Eyni zamanda kriptovalyuta platformalarına qarşı məhdudiyyətlər daxil olacaq.
Bundan əlavə, Avropa Komissiyası rusiyalı idmançıların Aİ-də keçirilən yarışlara buraxılmasının tamamilə qadağan edilməsini, Rusiyanın bütün rəsmi rəmzlərinin nümayişinə qadağa qoyulmasını, eləcə də yarışlarında rusiyalı idmançıların iştirak etdiyi beynəlxalq idman təşkilatlarına Avropa maliyyəsinin ayrılmamasını təklif edib.
İndi layihə Aİ ölkələri tərəfindən müzakirə olunacaq. Paketin qüvvəyə minməsi üçün Aİ Şurasında bütün üzv ölkələr tərəfindən təsdiqlənməsi tələb olunur. /Trend


Şərhlər