Rusiyanın “Rosatom” şirkəti İrandakı Buşehr Atom Elektrik Stansiyasından işçilərinin bir hissəsini evakuasiya edib.
“AzPolitika” xəbər verir ki, bunu “Rosatom” rəhbəri Aleksey Lixaçov jurnalistlərə deyib.
"Buşəhr AES-də ezamiyyətdə olan insanların bəziləri artıq təxliyə edilib. Azərbaycana və Ermənistana (evakuasiyaya kömək etdiklərinə görə) təşəkkürlər", - o deyib.
“Rosatom” İrandakı Buşəhr AES-dən personalının bütünlükdə təxliyəsini istisna etmir. Dövlət korporasiyası ilk olaraq Buşehr AES-dən qadın və uşaqları təxliyə etməyə hazır olduğunu bildirib.
Lixaçov həmçinin qeyd edib ki, İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində radiasiya artımı qeydə alınmayıb. O, əlavə edib ki, Buşəhr AES-ə hücum olacağı təqdirdə nəticələr Çernobıl elektrik stansiyasındakı qəza ilə müqayisə oluna bilər.
“AzPolitika.info”


Şərhlər