Menu

İranda Xondab ağır su reaktoru vurulub - AEBA

19.06.2025, 13:40
İranda Xondab ağır su reaktoru vurulub - AEBA

“İnşası davam edən Xondab (keçmiş Arak) ağır su tədqiqat reaktoru vurulub”.

APA-nın məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) “X” hesabında qeyd edib.

Bildirilib ki, tikilməkdə olan Xondab ağır su reaktoru İsrail tərəfindən vurulub: "Bu reaktor fəaliyyətdə deyildi və heç bir nüvə materialı ehtiva etmirdi. Buna görə də radioloji təhlükə yoxdur. Hazırda Xondab ağır su zavodunun vurulması ilə bağlı isə məlumat yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol