Menu

“Əsas günah Ermənistan tərəfindədir” - “2022-ci il oktyabrın 6-dan forpostun baş naziri deyiləm”

19.06.2025, 15:46
“Əsas günah Ermənistan tərəfindədir” - “2022-ci il oktyabrın 6-dan forpostun baş naziri deyiləm”

Parlamentdə Ermənistanın 2024-cü il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan maraqlı fikir bildirib.

“AzPolitika” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan 2022-ci il oktyabrın 6-da “forpostun baş naziri vəzifəsi”nin icrasını dayandırdığını deyib. Bununla o, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Praqa Bəyannaməsinin imzalandığı tarixi nəzərdə tutub.

Paşinyanın sözlərinə görə, bu qərar ölkənin müasir tarixində “dönüş nöqtəsi” olub: "Bu, əsl müstəqilliyə keçidin simvoludur".

Paşinyan Ermənistanın əvvəllər forpost olduğu ölkənin adını çəkməsə də, onun Rusiyadan danışdığı heç kimə sirr deyil.

O, çıxışında özünün “Ermənistan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıyan ilk erməni lideri” olduğunu deyib. Eyni zamanda, Paşinyan günahkarlar axtarmamağa çağırıb, çünki “əsas günah məhz ərazi bütövlüyünün vacibliyini dərk etməyən Ermənistan tərəfindədir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol