Menu

ABŞ və İsrail" Fordo" nüvə obyektinə qarşı əməliyyatı nəzərdən keçirir

19.06.2025, 16:57
ABŞ və İsrail" Fordo" nüvə obyektinə qarşı əməliyyatı nəzərdən keçirir

ABŞ və İsrail silahlı qüvvələri İranın "Fordo" nüvə obyektinə qarşı mümkün hərbi əməliyyat ssenarilərini müzakirə edir. Söhbət təkcə hava zərbələrindən yox, həm də xüsusi təyinatlı qüvvələrin obyektə daxil olaraq infrastrukturun məhv edilməsinə yönəlmiş desant əməliyyatından gedir.

Fordo kompleksi Tehranın 90 km cənubunda, dağın altında yerləşdiyindən adi bombardmanla sıradan çıxarılması çətindir. ABŞ-ın bunker dağıdan bombalarının belə tam nəticə verməməsi bu obyektə qarşı xüsusi əməliyyat ehtimalını gündəmdə saxlayır.

Ekspertlər desant əməliyyatını riskli, lakin effektiv variant sayır. Belə bir addım bölgədə genişmiqyaslı qarşıdurma, İranın cavabı və regional gərginliyin artması ilə nəticələnə bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol