Menu

"ABŞ-ın meydana çıxması İsrailin zəifliyinin və bacarıqsızlığının göstəricisidir" - Xamenei

19.06.2025, 18:01
"ABŞ-ın meydana çıxması İsrailin zəifliyinin və bacarıqsızlığının göstəricisidir" - Xamenei

“Hər şeyə qadir olan Allah mütləq İran xalqına, həqiqətə və haqq yolda olan tərəfə qələbə əta edəcək”.

APA xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei X hesabında paylaşımında yazıb.

“Mən sizə demək istərdim ki, düşmən ondan qorxduğunuzu hiss etsə, sizdən əl çəkməyəcək. Bu günə qədər etdiyiniz rəftarı davam etdirin, bu rəftarı qüdrətlə davam etdirin”, - deyə Xamenei vurğulayıb.

İranın Ali rəhbəri onu da əlavə edib ki, İsrailin amerikalı dostlarının meydana çıxması və məlum bəyanatları səsləndirməsi rejimin zəifliyinin və bacarıqsızlığının göstəricisidir.

Şərhlər

Oxucu. 2025-06-19 18:34:01

Vallah günahdır bu adama lidir demək,hələdə körpə bəbələr kimi danışır,İzraili kim yaradıb,kim yaşadır bu adamın belə bu baradə anlayışı yoxdur və yaxud anlamırki,İzrail bahanədir necəki Ukrayniya kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol