Menu

"Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək" - Yaşar Gülər

19.06.2025, 18:49
"Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək" - Yaşar Gülər

Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək.

“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində müəyyən işlər görülür.

Bundan başqa, Y.Gülər Van şəhərinə səfəri barədə danışıb: “Hansısa təhdid olduğu üçün Vana getməmişdim. Sadəcə təhlükəsizlik tədbirləri ilə tanış olurdum”.

İsrail-İran qarşıdurmasına gəldikdə isə nazir vurğulayıb ki, Türkiyədə sərhəd təhlükəsi yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol