Almaniya Kansleri Fridrix Mertslə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Bu barədə Almaniya hökumətindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Merts münaqişənin diplomatik həll yollarının tapılmasının vacibliyini vurğulayıb.
Almaniya hökuməti İsraili beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb.
Öz növbəsində DPA agentliyi yazır ki, söhbət 20 dəqiqə davam edib.


Şərhlər