Menu

"İran nüvə bombası hazırlamırdı" - Qrossi

20.06.2025, 08:34
"İran nüvə bombası hazırlamırdı" - Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi hesab edir ki, İsrailin hücumları başlayan zaman İran nüvə bombası yaratmaqla məşğul olmayıb.

“Report” xəbər verir ki, bu barədə o, “La Nacion” qəzetinə müsahibəsində bildirib.

“Hazırkı cavab "xeyr"dir. Lakin onun buna aparan bir çox elementləri var idi”, – Qrossi “İran nüvə bombası hazırlayırdımı?” sualına cavab verib.

Qrossi həmçinin İranın nüvə bombası hazırlaması üçün nə qədər vaxt lazım ola biləcəyi barədə spekulyasiyalardan çəkinməyi tövsiyə edib. “Xronoloji məsələlərə böyük ehtiyatla yanaşmaq lazımdır. Hamımız İraqın silahdan istifadə etməsi üçün 45 dəqiqə lazım olduğu barədə faciəvi bəyanatları xatırlayırıq...”, – qurum başçısı vurğulayıb.

Şərhlər

Bəhi 2025-06-20 10:45:40

BMT Baş Assambley üzvlərinin, TŞnın, Ədalət Məhkəməsinin, İnterPolun, Sülhsevər hər Lider və vəzifəlilərin diqqətlə izləyib, hamılıqla qarşılıqlı ciddi tədbirlər tətbiq etmələri vacib deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol