Menu

"Laçın hava limanı barədə təəssüratlarım möhtəşəmdir" - Rusiya səfiri

20.06.2025, 13:23
"Laçın hava limanı barədə təəssüratlarım möhtəşəmdir" - Rusiya səfiri

“Bu, mənim gözəl Laçın şəhərinə ikinci səfərimdir. Burada artıq müsbət dəyişikliklər hiss olunur”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Laçında jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov deyib.

O, Azərbaycanın Laçında sürətlə bərpa işləri apardığını vurğulayıb: “Bu, mənim gözəl Laçın şəhərinə ikinci səfərimdir. Burada artıq müsbət dəyişikliklər hiss olunur. Azərbaycan bu şəhəri sürətlə bərpa edir. İndiyə qədər mən Füzuli və Şuşada olmuşam. Təbii ki, Laçındakı yeni hava limanı barədə təəssüratlarım möhtəşəmdir”.

Şərhlər

Kohne 2025-06-20 17:49:17

Rusu oralara aparmayin........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol