Menu

İsrailin bugünkü zərbələri nəticəsində iki nəfər ölüb

20.06.2025, 17:04
İsrailin bugünkü zərbələri nəticəsində iki nəfər ölüb

İsrailin İrana bu gün endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, iyunun 13-dən bəri İsrailin zərbələri nəticəsində ən azı 2,8 min nəfər xəsarət alıb. Onlardan 2 min nəfəri müalicə olunaraq xəstəxanalardan evə buraxılıb. Xəsarət alanlardan 14-ü tibb işçisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol